https://sputnik.az/20220419/ftar-sufresinde-zeherlenmeye-sebeb-olan-nedir-441234196.html
İftar süfrəsində zəhərlənməyə səbəb olan nədir
İftar süfrəsində zəhərlənməyə səbəb olan nədir
Sputnik Azərbaycan
Hadisənin səbəbləri dövlət qurumlarının başladığı araşdırmalar başa çatdıqdan sonra məlum olacaq. 19.04.2022, Sputnik Azərbaycan
2022-04-19T17:07+0400
2022-04-19T17:07+0400
2022-04-19T17:07+0400
video
azərbaycan
iftar
zəhərlənmə
https://cdnn1.img.sputnik.az/img/07e6/04/13/441234169_0:0:1920:1080_1920x0_80_0_0_7e7f7ef9f2e3143eb1200c990f4f087e.jpg
BAKI, 19 aprel — Sputnik. Ötən gün Göyçayın Çərəkə kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib. Belə ki, iftar süfrəsinə yığışan tanışlar yedikləri qidalardan zəhərləniblər.Hadisə rayon mərkəzində yerləşən restoranlardan birində baş verib. İftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib, aprelin 19-na keçən gecə, saat 00:40 radələrində məlum olub ki, həmin 12 nəfərdən 10-da zəhərlənmə halı qeydə alınıb.Kənd sakinləri - Ürfan Bəkirov, Əliyar Bədirov, Rafiq Kərimov, Loğman Məmmədov, Cəlal Kərimov, Alim Xəlilov, Səxavət Nəbiyev, Orxan Davudov, Rəşid Məmmədov və İlkin Məmmədov evə getdikdən sonra ürəkbulanma və qusma halları yarandığından xəstəxanaya müraciət ediblər.Göyçay rayon mərkəzi xəstəxanasının həkimi Elməddin Rəhimovun sözlərinə görə, gecə saatlarında xəstəxanaya on nəfər rayon sakin müraciət edib:"İlkin muayinə zamanı onlarda mədə-bağırsaq pozuntusu aşkarlanıb. İlkin tibbi yardım göstərildikdən sonra onların mədə-bağırsaq sistemi yuyulub, terapiya aparılıb, aralarında ağırlaşma halları qeyd olunmayıb. Xəstələr kafi vəziyyətdə dinamik nəzarətdə saxlandıqdan sonra ambulator şəraitdə evə buraxılıb".Hadisənin baş verdiyi müəssisənin sahibi Saleh Əliyevin sözlərinə görə ötən gün axşam saatlarında həmin 12 nəfər iftar üçün onun rəhbərllik etdiyi restorana üz tutub:"Zərərçəkənlərin sözlərinə görə, zərhərlənmələrinə səbəb süfrədə olan pomidor-xiyar olub. Biz bu barədə dəqiq söz deyə bilmərik. Çünki həmin tərəvəz məhsullarını bazardan alırıq. Bilirinsiniz ki, pomidor və xiyarların yetişməsi üçün onlara müxtəlif dərmanlar vurulur. Zərhərlənməyə bu da səbəb ola bilər, başqa məhsul da. Araşdırmadan sonra dəqiq məlumatı biləcəyik".Qida Təhlükəsizliyi Agentliyi hadisə baş verən şadlıq sarayına baxış keçirib. Qidalardan nümunələr götürülüb və laboratoriyaya göndərilib. Analizlərin cavabı çıxdıqdan sonra açıqlama veriləcəyi bildirilib.AQTA-nın mətbuat katibi Aysel Fərsiyeva bildirib ki, hazırda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri tərəfindən araşdırma başlanb:"Sözügedən araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, 10 nəfərin qida zəhərlənməsi diaqnozu əsasında xəstəxanaya müraciət etməsi ilə bağlı polis şöbəsinə də məlumat daxil olub.Şöbənin Baş müfəttişi Mahir Məsimov bildirib ki, polisə daxil olmuş məlumatla əlaqədar ilkin araşdırma aparılır və toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokrorluğuna göndərilib.Qeyd edək ki, zəhərlənən şəxslərin hər biri həkim yoxlanışından keçdikdən sonra evə buraxılıb və hal-hazırda onların vəziyyəti yaxşıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/13/441234169_240:0:1680:1080_1920x0_80_0_0_52ee103c2acf854a2a7c3ef6ea8561a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, iftar, zəhərlənmə, видео
azərbaycan, iftar, zəhərlənmə, видео
İftar süfrəsində zəhərlənməyə səbəb olan nədir
Hadisənin səbəbləri dövlət qurumlarının başladığı araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.
BAKI, 19 aprel — Sputnik. Ötən gün Göyçayın Çərəkə kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib. Belə ki, iftar süfrəsinə yığışan tanışlar yedikləri qidalardan zəhərləniblər.
Hadisə rayon mərkəzində yerləşən restoranlardan birində baş verib. İftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib, aprelin 19-na keçən gecə, saat 00:40 radələrində məlum olub ki, həmin 12 nəfərdən 10-da zəhərlənmə halı qeydə alınıb.
Kənd sakinləri - Ürfan Bəkirov, Əliyar Bədirov, Rafiq Kərimov, Loğman Məmmədov, Cəlal Kərimov, Alim Xəlilov, Səxavət Nəbiyev, Orxan Davudov, Rəşid Məmmədov və İlkin Məmmədov evə getdikdən sonra ürəkbulanma və qusma halları yarandığından xəstəxanaya müraciət ediblər.
Göyçay rayon mərkəzi xəstəxanasının həkimi Elməddin Rəhimovun sözlərinə görə, gecə saatlarında xəstəxanaya on nəfər rayon sakin müraciət edib:
"İlkin muayinə zamanı onlarda mədə-bağırsaq pozuntusu aşkarlanıb. İlkin tibbi yardım göstərildikdən sonra onların mədə-bağırsaq sistemi yuyulub, terapiya aparılıb, aralarında ağırlaşma halları qeyd olunmayıb. Xəstələr kafi vəziyyətdə dinamik nəzarətdə saxlandıqdan sonra ambulator şəraitdə evə buraxılıb".
Hadisənin baş verdiyi müəssisənin sahibi Saleh Əliyevin sözlərinə görə ötən gün axşam saatlarında həmin 12 nəfər iftar üçün onun rəhbərllik etdiyi restorana üz tutub:
"Zərərçəkənlərin sözlərinə görə, zərhərlənmələrinə səbəb süfrədə olan pomidor-xiyar olub. Biz bu barədə dəqiq söz deyə bilmərik. Çünki həmin tərəvəz məhsullarını bazardan alırıq. Bilirinsiniz ki, pomidor və xiyarların yetişməsi üçün onlara müxtəlif dərmanlar vurulur. Zərhərlənməyə bu da səbəb ola bilər, başqa məhsul da. Araşdırmadan sonra dəqiq məlumatı biləcəyik".
Qida Təhlükəsizliyi Agentliyi hadisə baş verən şadlıq sarayına baxış keçirib. Qidalardan nümunələr götürülüb və laboratoriyaya göndərilib. Analizlərin cavabı çıxdıqdan sonra açıqlama veriləcəyi bildirilib.
AQTA-nın mətbuat katibi Aysel Fərsiyeva bildirib ki, hazırda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri tərəfindən araşdırma başlanb:
"Sözügedən araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, 10 nəfərin qida zəhərlənməsi diaqnozu əsasında xəstəxanaya müraciət etməsi ilə bağlı polis şöbəsinə də məlumat daxil olub.
Şöbənin Baş müfəttişi Mahir Məsimov bildirib ki, polisə daxil olmuş məlumatla əlaqədar ilkin araşdırma aparılır və toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokrorluğuna göndərilib.
Qeyd edək ki, zəhərlənən şəxslərin hər biri həkim yoxlanışından keçdikdən sonra evə buraxılıb və hal-hazırda onların vəziyyəti yaxşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.