CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət rəsmiləri Dağ yəhudilərinin Pesax bayramına qatılıb

© Sputnik / Leyla AbdullayevaGörüş zamanı
Görüş zamanı - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Dağ yəhudilərinin bu milli-dini bayramının keçirildiyi gün ərzində yalnız mayasız çörək yeməyə icazə verilir. Bu il Pesax bayramı aprelin 15-dən başlayıb və aprelin 23-dək 8 gün davam edəcək.
BAKI, 19 aprel — Sputnik. Bu gün Qubada, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə milli Pesax bayramı keçirilir. Pandemiyadan sonra ilk dəfədir ki, bayramla əlaqədar maraqlı tədbir baş tutub. Tədbirdə Quba RİH başçısı Ziyəddin Əliyev, millət vəkili Anatoli Rafailov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Mixil Yevdayev, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyəddin Əliyev Azərbaycanın çoxmillətli Quba rayonunda 60 məscidlə yanaşı, yəhudilərə məxsus iki sinaqoq və dini icmanın da fəaliyyət göstərdiyini deyib. Rayon rəhbəri onu da qeyd edib ki, dağ yəhudiləri də, Qubadakı digər milli azlıqlar kimi, mehriban qardaşlıq şəraitində yaşayırlar.
© Sputnik / Leyla AbdullayevaGörüş zamanı
Görüş zamanı - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Görüş zamanı
Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Mixil Yevdayev tədbir iştirakmılarına maraqlı bir surpriz edib. Belə ki, o, Bakıdan özü ilə gətirdiyi yəhudi hərbçini də tədbir iştirakçılarına təqdim edib. Yevdayev bildirib ki, milliyyətcə yəhudi olan David Sadiyev 44 günlük Vətən Müharibəsində könüllü iştrak edib.
Daha sonra tədbir iştirakçları Pesaxa aid sərgi ilə tanış olublar.
Onu da əlavə edək ki, Pesax bayramının tarixi çox qədim dövrlərə gedir. Bu bayram Musa peyğəmbərin adı ilə bağlıdır. Rəvayətə görə, müqəddəs Tuva vadisində Musa peyğəmbərlə Allahın söhbəti baş tutur. Burada Allah Musaya buyurur:
"Ey Musa, mən sənin rəbbinəm və səni peyğəmbər seçdim. Mənə ibadət et və məni anlamaq üçün namaz qıl! Qardaşın Harun ilə birgə Fironun yanına get və ondan Allahın adına İsrail xalqını sərbəst buraxmasını və onlara əziyyət verməməsini söylə".
Musa peyğəmbər qardaşı ilə birgə Fironun yanına gedir və Allahın ona dediklərini deyir. Firon isə heç bir sözə məhəl qoymayaraq yəhudilərin Misir ərazisindən çıxmasına heç vaxt icazə verməyəcəyini bildirir. Ancaq Musa peyğəmbər və qardaşı yəhudi xalqını Misirdən çıxarmaq qərarına gəlirlər. Yollarının uzun, vaxtlarınını isə az olduğunu nəzərə alaraq mayasız çörək, yəni Matsa hazırlayırlar. Pesax bayramında yəhudi ailələrinin süfrələrini məhz həmin mayasız çörək olan "Matsa” bəzəyir.
© Sputnik / Leyla AbdullayevaGörüş zamanı
Görüş zamanı - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Görüş zamanı
Beləliklə, Pesax yəhudilərin Misir fironunun əsarətindən azad olması ilə bağlı qeyd olunan bayramdır. Bu bayramı bütün yəhudilər kimi dağ yəhudiləri də səbrsizliklə gözləyir və qeyd edirlər. Qubada yerləşən dağ yəhudilərinin bu bayramı necə qeyd etdikləri barədə Sputnik Azərbaycan-a Quba RİH-nin Qırmızı Qəsəbənin icra nümayəndəsi Telman Muxailov danışıb:
"Bayramın keçirildiyi gün ərzində yalnız Matsa (mayasız çörək) yeməyə icazə verilir. Matsa ilk öncə yeni qurulmuş təndirdə bişməlidir. Onu hazırlamaq üçün buğdanı yağış suyu dəyməyən xırmandan alıb onu yeni qabda əkirlər. Bayrama 30 gün qalmış sağlam buğdalar seçilib dəyirmanda üyüdülür və yeni təndirdə bişirilir. Mütləq şəkildə Matsa çörəyi təzə bıçaqla kəsilməlidir. Bu da bayramda ən əsas faktor sayılır".
Mixailovun dediyinə görə, bu bayramda köhnə qablar yeniləri ilə əvəzlənir. Bayrama qədər evlər, küçələr yuyulub təmizlənir.
Qeyd edək ki, Pesax bayramı aprelin 15-dən başlayıb və aprelin 23-dək 8 gün davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0