CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Damla qəbilə qadınları ilə klip çəkdirir - FOTO

© Sputnik / Murad OrujovDamla, arxiv şəkli
Damla, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Müğənninin qadınların sinəsi açıq şəkillərini açıq-aşkar paylaşması tənqid edilib. Lakin müğənni şəkilləri silərək, fotoya emojilər qoyaraq yenidən yerləşdirib.
BAKI, 19 aprel — Sputnik. Ötən həftə futuristik tərzdə klipi ilə gündəmi zəbt edən müğənni Damla yenə də tamaşaçılarını təəccübləndirdib. Belə ki, yeni klipi üçün o, Afrikaya üz tutub. Sənətçi sosial media hesabında paylaşdığı görüntülərdə Himba qəbiləsinin sakinləri ilə görüşdüyünü vurğulayıb.
Damlanın afrikalı qadınlarla bir araya gəlməsinin səbəbi isə çəkilişlərinə başladığı yeni klipidir.
Qeyd edək ki, ötən həftə müğənni Damlanın "Bəs edər" adlı yeni mahnısı sosial şəbəkələrdə qısa müddətdə müzakirə yaradıb.
Hətta onun səsləndirdiyi bəstənin Xalq artisti Emin Ağalarov və Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı Coninin (Cahid Hüseynli) "Kamin" adlı duetinə bənzədiyi iddia olunub.
"Kamin" mahnısının musiqisi Coni və Mixail Malaxinə məxsusdur. Damlanın ifasının musiqi müəllifi isə Nuriodur.
Məlumat üçün bildirək ki, Damla (əsl adı Məsumə Məmmədova) müğənniliklə yanaşı, bir çox filmlərdə rol alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0