SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Pravoslav kilsəsi İlham Əliyevə təşəkkür edib

© Ukrainian Presidential Press Office via APPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Prezidentin sərənamı ilə Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasına 350 min manat ayrılıb.
BAKI, 19 aprel — Sputnik. Azərbaycan Pravoslav kilsəsi ölkə prezidenti İlham Əliyevə Bakı yeparxiyasının problemlərinə diqqətinə və respublikada yaşayan pravoslav əhaliyə göstərdiyi qayğıya görə minnətdardır. Bu barədə Rusiya Pravoslav Kilsəsinin Bakı yeparxiyasının katibi Aleksiy bildirib. Onun dediyinə görə, Bakı və Azərbaycan yeparxiyası Azərbaycanın pravoslav etiqadlı vətəndaşlarını dövlətin dinc və firavan həyatının qurulmasına yönəlik maraqları ətrafında birləşdirir.
"Buna isə dindarların və dövlət rəhbərliyinin əhəmiyyətli dəstəyinin hesabına formalaşan xeyli vəsait lazımdir", - deyə arximandrit Aleksiy Vesti.Az-a müsahibəsində bildirib.
Dünən prezident ilham Əliyev ölkənin dini icmalarına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasına 350 min manat ayrılıb.
Xatırladaq ki, dünən prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək haqqında sərəncam imzalayıb. Bu sərəncamla Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 min manat ayrılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0