NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın "Şahdəniz"dən gəlirləri kəskin artıb

© Photo : BP Press ServiceŞahdəniz platforması
Şahdəniz platforması - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub.
BAKI, 19 aprel — Sputnik. Bu ilin 3 ayında Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 359 milyon 125 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,3 dəfə çoxdur.
Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.04.2022 tarixinə) 62 milyon 494 min dollar olub, bu da 2,14 dəfə artım deməkdir.
Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 milyard 911 mln. dollar (01.04.2022 tarixinə) təşkil edib.
"Şahdəniz" yatağı
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz” yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş 4 iyun 1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaz sənayesi müəssisəsi - Sputnik Azərbaycan, 1920, 29.03.2022
İQTİSADİYYAT
Azərbaycan qaz defisitindən qazanır - Yuşkov
Xəbər lenti
0