https://sputnik.az/20220418/turkiye-raqin-simalinda-herbi-emeliyyata-baslayib-441191505.html
Türkiyə İraqın şimalında hərbi əməliyyata başlayıb
Türkiyə İraqın şimalında hərbi əməliyyata başlayıb
Sputnik Azərbaycan
Verilən məlumata görə, əməliyyata xüsusi təyinatlılar və hərbi hava qüvvələri cəlb olunub. 18.04.2022, Sputnik Azərbaycan
2022-04-18T12:05+0400
2022-04-18T12:05+0400
2022-04-18T12:05+0400
hərbçilər
dünya xəbərləri
pkk
türkiyə
iraq
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/16/425530265_0:0:3073:1728_1920x0_80_0_0_958d541b6f454f27a5a85038a39df46e.jpg
BAKI, 18 aprel — Sputnik. Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı yeni hərbi əməliyyata başlayıb. Bu barədə RİA Novosti "Anadolu" agentliyinə istinadən məlumat yayıb. Məlumata görə, əməliyyata xüsusi təyinatlılar və hərbi hava qüvvələri cəlb olunub."Associated Press" agentliyinin məlumatına görə isə Türkiyənin müdafiə naziri Hulusi Akar təyyarələrin PKK-nin sığınacaqlarına, bunkerlərinə, tunellərinə, mağaralarına və anbarlarına uğurlu zərbələr endirdiyini dilə gətirib."Əməliyyat planlaşdırıldığı kimi müvəffəqiyyətlə davam edir. İlk mərhələdə qarşıya qoyulan məqsədlər əldə edilib... Biz mərd millətimizi 40 il ərzində ölkəmizi təqib edən terror bəlasından xilas etmək əzmindəyik. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək", - deyə nazir vurğulayıb.Türkiyədə qadağan olunmuş PKK-nın silahlı münaqişəsi 1984-cü ildə başlayıb və 2015-ci ildə yenidən alovlanıb. İraqın şimalında, Türkiyə Silahlı Qüvvələrinin hava və yerüstü əməliyyatlarının keçirdiyi yerdə PKK-nın bazaları yerləşir.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin iyul ayından bu yana ölkə daxilində 6 min, ölkə xaricində isə 6,9 min PKK üzvünün məhv edildiyini, Türkiyə təhlükəsizlik qüvvələrinin itkilərinin 1,2 min nəfərdən çox olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/16/425530265_0:0:2731:2048_1920x0_80_0_0_d2d6246b526f48543acf00a07ec2b416.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbçilər, pkk, türkiyə, iraq
hərbçilər, pkk, türkiyə, iraq
Türkiyə İraqın şimalında hərbi əməliyyata başlayıb
Verilən məlumata görə, əməliyyata xüsusi təyinatlılar və hərbi hava qüvvələri cəlb olunub.
BAKI, 18 aprel — Sputnik. Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı yeni hərbi əməliyyata başlayıb. Bu barədə RİA Novosti "Anadolu" agentliyinə istinadən məlumat yayıb. Məlumata görə, əməliyyata xüsusi təyinatlılar və hərbi hava qüvvələri cəlb olunub.
"Associated Press" agentliyinin məlumatına görə isə Türkiyənin müdafiə naziri Hulusi Akar təyyarələrin PKK-nin sığınacaqlarına, bunkerlərinə, tunellərinə, mağaralarına və anbarlarına uğurlu zərbələr endirdiyini dilə gətirib.
"Əməliyyat planlaşdırıldığı kimi müvəffəqiyyətlə davam edir. İlk mərhələdə qarşıya qoyulan məqsədlər əldə edilib... Biz mərd millətimizi 40 il ərzində ölkəmizi təqib edən terror bəlasından xilas etmək əzmindəyik. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək", - deyə nazir vurğulayıb.
Türkiyədə qadağan olunmuş PKK-nın silahlı münaqişəsi 1984-cü ildə başlayıb və 2015-ci ildə yenidən alovlanıb. İraqın şimalında, Türkiyə Silahlı Qüvvələrinin hava və yerüstü əməliyyatlarının keçirdiyi yerdə PKK-nın bazaları yerləşir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin iyul ayından bu yana ölkə daxilində 6 min, ölkə xaricində isə 6,9 min PKK üzvünün məhv edildiyini, Türkiyə təhlükəsizlik qüvvələrinin itkilərinin 1,2 min nəfərdən çox olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.