Şəhərimizdəki heykəllər ağ günə çıxdı
© Sputnik / Shahperi AbbasovaBakıda heykəllər yuyulur
© Sputnik / Shahperi Abbasova
Abunə olmaq
Layihə çərçivəsində paytaxt ərazisində ucaldılmış mühüm sənət nümunələrindən olan heykəl, büst və barelyeflərin estetik görünüşünə mütəmadi nəzarət edilməsi nəzərdə tutulub.
BAKI, 18 aprel — Sputnik. Mədəniyyət Nazirliyi 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Təmiz heykəl" adlı layihə həyata keçirir. Həmin layihə "Bakı Abadlıq Xidməti" MMC, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə həyata keçirilib.
Layihəyə Xurşidbanu Natəvanın heykəlinin təmizlənməsi ilə start verilib. Heykəl 1960-ci ildə ucaldılıb. Heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov həmin heykəli özünün ilk məhəbbəti hesab edir. Sənətkar bir müddət öncə Sputnik Azərbaycan-a verdiyi müsahibəsində şəhərimizdəki heykəllərin vəziyyətindən bəhs edərkən təəssüf hissi ilə qeyd etmişdi ki, şəhərimizdəki heykəllər çirkab içindədir:
"Bu proses həmişə, mütəmadi olaraq həyata keçirilməlidir, ildə bir dəfə yox. Heykəli restavrasiya etmək adı ilə onu rəngləmək abidəni məhv etməkdir. Mən həmişə deyirdim ki, heykəllər tez-tez yuyulmaldır. Bu heykəl mənim ilk işim olduğuna görə digər əsərlərimdən mənə daha doğmadır".
© Sputnik / Shahperi AbbasovaBakıda heykəllər yuyulur
Bakıda heykəllər yuyulur
© Sputnik / Shahperi Abbasova
Layihə çərçivəsində paytaxtımızın ərazisində ucaldılmış qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələrindən olan heykəl, büst və barelyeflərin estetik görünüşünə mütəmadi nəzarət edilməsi, təbiət hadisəsi və insan faktorunın təsiri ilə çirklənmiş abidələrin yuyulması, xüsusi məhlullarla təmizlənməsi və sair işlərin görülməsi nəzərdə tutulub.
"Təmiz heykəl" adlı layihənin başlıca məqsədi ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
1/4
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
2/4
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
3/4
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
4/4
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
1/4
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
2/4
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
3/4
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
4/4
© Sputnik / Shahperi Abbasova
Bakıda heykəllər yuyulur
"Təmiz heykəl" adlı layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri - Xurşidbanu Natəvan (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əzizə Əliyeva küçəsinin kəsişməsi, "Azərbaycan" kinoteatrının qarşısı), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Mirzə Fətəli Axundzadə (Axundov bağı), Mikayıl Müşviq (İnşaatçılar prospekti), Mehdi Hüseynzadə (Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsi), Nəsimi (Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi), Fikrət Əmirov (Üzeyir Hacıbəyov küçəsi), Bülbül (Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsi), Niyazi (Niyazi küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhər metrostansiyası), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi), Səməd Vurğuna (Puşkin küçəsi) həsr olunmuş heykəl və büstlərin, "Kitabi-Dədə Qorqud" (Nərimanov rayonu, Dədə Qorqud parkı) və "İstiqlal" (İstiqlaliyyət küçəsi) abidələrinin, həmçinin Aleksandr Puşkin (Puşkinküçəsi) və Volfqanq Amadey Motsartın (İnşaatçılar prospekti, Motsart bağı) heykəllərinin təmizlənməsi nəzərdə tutulub.
Qeyd edək ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.