Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukraynadakı son vəziyyəti açıqladı

© Sputnik / Илья Питалев / Mediabanka keçid"Ahmat" xüsusi təyinatlıları Mariupolda
Ahmat xüsusi təyinatlıları Mariupolda - Sputnik Azərbaycan, 1920, 18.04.2022
Abunə olmaq
General-mayor İqor Konaşenkov son sutka ərzində Ukrayna ərazisində məhv edilən hərbi texnika, vurulan hədəflər barədə məlumat verib.
BAKI, 18 aprel — Sputnik. Ukraynada xüsusi hərbi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin (SQQ) 139 təyyarəsini, 483 pilotsuz uçuş aparatını, 2326 tankını və zirehli texnikasını məhv edib. "RİA Novosti" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 139 təyyarə, 483 pilotsuz uçuş aparatı, 250 zenit-raket kompleksi, 2326 tank və digər zirehli döyüş texnikası, 254 reaktiv yaylım atəşi sistemi, 1004 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2184 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.
Həmçinin, raket qüvvələri yüksək dəqiqliyə malik yerüstü "İsgəndər" raketləri ilə zərbələr endirib. Dörd silah və hərbi texnika anbarı, həmçinin Popasnaya, Yampol və Kramotorsk yaşayış məntəqələri yaxınlığında düşmənin canlı qüvvəsinin cəmləşdiyi üç ərazi məhv edilib.
Konaşenkovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli raketlərlə Ukraynanın 16 hərbi obyektini, o cümlədən yanacaq anbarları, sursat anbarlarını məhv edib.
O əlavə edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri havada iki Ukrayna MiQ-29 və bir Su-25 qırıcısını, həmçinin 11 pilotsuz təyyarəni vurub. Ukraynanın reaktiv yaylım atəşi sistemləri tərəfindən Çernobaevka qəsəbəsinə atılan 10 iri çaplı raket ələ keçirilib.
Konaşenkov həmçinin bildirib ki, gecə ərzində Rusiya artilleriya bölmələri Ukrayna qoşunlarının 315 obyektinə hücum edib. 18 komanda məntəqəsi, 22 artilleriya batareyası, Osa-AKM zenit-raket kompleksi, həmçinin düşmənin 275 istehkamı və canlı qüvvəsinin cəmləşdiyi ərazilər vurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
 İbrahim Kalın - Sputnik Azərbaycan, 1920, 18.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Türkiyə prezidentinin sözçüsündən Rusiya-Ukrayna danışıqları ilə bağlı açıqlama
Xəbər lenti
0