Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Türkiyə prezidentinin sözçüsündən Rusiya-Ukrayna danışıqları ilə bağlı açıqlama

© AFP 2024 / YASIN AKGUL İbrahim Kalın
 İbrahim Kalın - Sputnik Azərbaycan, 1920, 18.04.2022
Abunə olmaq
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Ankara vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bir çox mühüm təşəbbüslər və səylər göstərir.
BAKI, 18 aprel — Sputnik. Türkiyə Moskva və Kiyevi danışıqlar masasına oturtmaq üçün səylərini davam etdirir, ancaq vəziyyət çətindir. "RİA Novosti" xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Kalın İstanbulda prezidentin Dolmabahçe ofisində ABŞ konqresmenləri ilə görüşüb.
O bəyan edib ki, Türkiyə böhrana son qoymaq üçün Antalya və İstanbulda iki mühüm toplantıya ev sahibliyi edib.
Onun sözlərinə görə, hazırda danışıqlarla bağlı vəziyyət nisbətən ağırdır.
Kalın bildirib ki, Türkiyə hələ də hər iki tərəfin danışıqlar masası arxasına əyləşməsi üçün əlindən gələni edir.
Ankaranın vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bir çox mühüm təşəbbüslər və səylər göstərdiyini xatırladan Kalın, Türkiyənin Montrö Konvensiyası çərçivəsində hərbi gəmiləri Qara dənizdən uzaq tutaraq risklərin azaldılmasına köməklik göstərdiyini bildirib.
O əlavə edib ki, Ukraynadakı vəziyyət NATO müttəfiqliyinin və əlaqələrin gücləndirilməsinin vacibliyini göstərir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 17.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Medvedev: Avropa Ukraynada sülh yox, Rusiyanın defoltunu istəyir
Xəbər lenti
0