https://sputnik.az/20220418/ombudsman-baslibel-qetliaminin-toredilmesinde-teqsirkar-olan-sexsler-cavab-verecekler-441197673.html
Ombudsman: "Başlıbel qətliamının törədilməsində təqsirkar olan şəxslər cavab verəcəklər"
Ombudsman: "Başlıbel qətliamının törədilməsində təqsirkar olan şəxslər cavab verəcəklər"
Sputnik Azərbaycan
Ombudsman Səbinə Əliyevanın yaydığı açıqlamada deyilir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab... 18.04.2022, Sputnik Azərbaycan
2022-04-18T13:58+0400
2022-04-18T13:58+0400
2022-04-18T14:03+0400
azərbaycan xəbərləri
ombudsman
ombudsman səbinə əliyeva
soyqırım
https://cdnn1.img.sputnik.az/img/07e5/09/12/427956574_0:54:1025:630_1920x0_80_0_0_6280b6938e987b771ae1d7ea6c6c2d09.jpg
BAKI, 18 aprel — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb.Ombudsman Aparatından daxil olan açıqlamada deyilir:"Bu gün Başlıbeldə qətliam törədilməsindən 29 il ötür.Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı, deportasiya, etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilməklə soyqırım cinayətinin qurbanına çevrilib.Ermənistan tərəfindən insanlıq əleyhinə yönəlmiş, kütləvi qırğınlarla nəticələnən müharibə cinayətlərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır.Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınmış, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törətmişlər.Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları eksqumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunublar. Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.Ermənistan tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş soyqırım cinayəti, habelə Azərbaycanın tarixi-mədəni irsinə qarşı vandalizm aktı nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq hüquq normalarının tələbləri bir daha kobud şəkildə pozulub.İnanırıq ki, Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayətlərin, o cümlədən Başlıbel qətliamının törədilməsində təqsirkar olan şəxslər tezliklə hüquqi məsuliyyətə cəlb edilərək ədalət mühakiməsi qarşısında cavab verəcəklər."Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220408/ombudsman-agdaban-qetliami-ile-bagli-beyanat-yaydi-440922827.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/12/427956574_56:0:967:683_1920x0_80_0_0_c3fc76a5e4386989907961f6aba70d16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman, ombudsman səbinə əliyeva, soyqırım
ombudsman, ombudsman səbinə əliyeva, soyqırım
Ombudsman: "Başlıbel qətliamının törədilməsində təqsirkar olan şəxslər cavab verəcəklər"
13:58 18.04.2022 (Yenilənib: 14:03 18.04.2022) Ombudsman Səbinə Əliyevanın yaydığı açıqlamada deyilir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.
BAKI, 18 aprel — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb.
Ombudsman Aparatından daxil olan açıqlamada deyilir:
"Bu gün Başlıbeldə qətliam törədilməsindən 29 il ötür.
Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı, deportasiya, etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilməklə soyqırım cinayətinin qurbanına çevrilib.
Ermənistan tərəfindən insanlıq əleyhinə yönəlmiş, kütləvi qırğınlarla nəticələnən müharibə cinayətlərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır.
Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınmış, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törətmişlər.
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları eksqumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunublar. Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.
Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.
Ermənistan tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş soyqırım cinayəti, habelə Azərbaycanın tarixi-mədəni irsinə qarşı vandalizm aktı nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq hüquq normalarının tələbləri bir daha kobud şəkildə pozulub.
İnanırıq ki, Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayətlərin, o cümlədən Başlıbel qətliamının törədilməsində təqsirkar olan şəxslər tezliklə hüquqi məsuliyyətə cəlb edilərək ədalət mühakiməsi qarşısında cavab verəcəklər."
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.