https://sputnik.az/20220418/dovlet-agentliyi-vetendaslara-xeberdarliq-etdi-441208549.html
Dövlət Agentliyi vətəndaşlara xəbərdarlıq etdi
Dövlət Agentliyi vətəndaşlara xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Agentliyin məlumatında bildirilib ki, onların adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət... 18.04.2022, Sputnik Azərbaycan
2022-04-18T19:31+0400
2022-04-18T19:31+0400
2022-04-18T19:31+0400
azərbaycan
cəmiyyət
dələduzluq
dövlət reklam agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827674_0:320:3073:2048_1920x0_80_0_0_5cfd45d58d7cbd2fcd68cbb63092bcba.jpg
BAKI, 18 aprel — Sputnik. Azərbaycan Dövlət Reklam Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.Agentlikdən verilən məlumatda deyilir:"Bəzi elan saytlarında özünü Reklam Agentliyinin əməkdaşı kimi təqdim edən şəxs qurumun yerləşdiyi ünvan, telefon və elektron adreslərini qeyd etməklə, "müqavilə rüsumu" olaraq təqdim olunan bank hesabına 58 AZN ödəniş müqabilində vətəndaşların işlə təmin ediləcəyi barədə elan yerləşdirib.İshtap.az, boss.az, salamjob.az, ishelanları.az kimi elan saytlarında Agentlik barədə həqiqətə uyğun olmayan informasiyaları paylaşaraq vətəndaşların aldanmalarına səbəb olub. Agentliyin adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Vətəndaşlardan bu tip elanlarla qarşılaşdıqları zaman diqqətli olmaları və Agentliyin Çağrı Mərkəzi -1412 ilə əlaqə saxlamaları, həmçinin 077-677- 14-12 vatsap nömrəsinə yazmaları xahiş olunur".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20201228/-Dlduz-polis-cinayt-msuliyytin-clb-edildi-425830795.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827674_0:0:2731:2048_1920x0_80_0_0_8a78466a46706a1a36e239c9bed7c7d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, dələduzluq, dövlət reklam agentliyi
azərbaycan, dələduzluq, dövlət reklam agentliyi
Dövlət Agentliyi vətəndaşlara xəbərdarlıq etdi
Agentliyin məlumatında bildirilib ki, onların adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib.
BAKI, 18 aprel — Sputnik. Azərbaycan Dövlət Reklam Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Agentlikdən verilən məlumatda deyilir:
"Bəzi elan saytlarında özünü Reklam Agentliyinin əməkdaşı kimi təqdim edən şəxs qurumun yerləşdiyi ünvan, telefon və elektron adreslərini qeyd etməklə, "müqavilə rüsumu" olaraq təqdim olunan bank hesabına 58 AZN ödəniş müqabilində vətəndaşların işlə təmin ediləcəyi barədə elan yerləşdirib.
İshtap.az, boss.az,
salamjob.az, ishelanları.az kimi elan saytlarında Agentlik barədə həqiqətə uyğun olmayan informasiyaları paylaşaraq vətəndaşların aldanmalarına səbəb olub. Agentliyin adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Vətəndaşlardan bu tip elanlarla qarşılaşdıqları zaman diqqətli olmaları və Agentliyin Çağrı Mərkəzi -1412 ilə əlaqə saxlamaları, həmçinin 077-677- 14-12 vatsap nömrəsinə yazmaları xahiş olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.