https://sputnik.az/20220418/butun-beseriyyete-besdir-abs-da-efqanistandaki-muharibenin-deyeri-aciqlandi-441212048.html
"Bütün bəşəriyyətə bəsdir". ABŞ-da Əfqanıstandakı müharibənin dəyəri açıqlandı
"Bütün bəşəriyyətə bəsdir". ABŞ-da Əfqanıstandakı müharibənin dəyəri açıqlandı
Sputnik Azərbaycan
İllər keçdikcə xərclər yalnız artdı. Kampaniya dayandı, heç bir uğur əldə edilmədi və amerikalılar isə getdikcə daha müasir silahlardan istifadə etdilər. 18.04.2022, Sputnik Azərbaycan
2022-04-18T23:01+0400
2022-04-18T23:01+0400
2022-04-18T23:22+0400
abş
təhlil
əfqanıstan
qiymət
müharibə
ikinci dünya müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433660446_0:0:2820:1586_1920x0_80_0_0_df9bc6793cb40990c558ddf689924af5.jpg
BAKI, 18 aprel — Sputnik, Sergey Andreyev. Əfqan kampaniyası amerikalılara rahatlıq vermir: ölkədə 20 illik müharibənin neçəyə başa gəlməsi ilə bağlı mübahisələr gedir. Müstəqil tədqiqatçılar müasir dünyada döyüşməyin neçəyə başa gəldiyi barədə Pentaqonun elan etdiyindən qat-qat çox olan məbləğlər söyləyirlər. "Gündə bir milyard"2009-cu ildə prezident Barak Obama Əfqanıstandakı kontingenti artırmaq qərarına gəldi. Ona etiraz etdilər: döyüşmək çox baha başa gəlir.Və hesablamağa başladılar - həm Pentaqonda, həm də senatorlar. Təbii ki, nəticələr fərqli idi: hərbi idarə yeddi il ərzində xərcləri 156 milyard dollar, parlamentarilər isə 227 milyard dollar qiymətləndirdilər.Əlaqədar mütəxəssisləri bu işə cəlb etdilər. Analitiklər yeni üsul - bir əsgərə altı ay müddətində nə qədər vəsait xərclədiyini hesablamağı təklif etdilər. Maaşlar, yeməklər, avadanlıqlar, logistika, o cümlədən, okeanın o tayından hava daşınmasını nəzərə alındı. Tibbi yardım, ölüm və ya xəsarət aldıqda sığorta ödənişləri, habelə işdən çıxarıldıqdan sonra verilən pensiyalar isə nəzərə alınmadı.Nəticə belə oldu: adambaşına milyon dollar. Həmin vaxt Əfqanıstanda 70 minə yaxın amerikalı hərbçi var idi.Bununla belə, ictimai müzakirə Ağ Evin müharibəyə daha 35 000 döyüşçüsü göndərməsinə mane olmadı (rotasiyanın bir hissəsi olaraq hər rübdə 5 000). 2010-cu ildə isə Əfqanıstan yollarında bütün kampaniyada ilk dəfə olaraq, “Abrams”lar göründü və bu, skeptikləri daha da qəzəbləndirdi.Məsələ burasındadır ki, bu, nəinki, ən bahalı tankdır (bir ədədinin qiyməti 8,6 milyon dollar), həm də ən “yeyimcil”dir: ona 100 kilometrə 1650 litr yanacaq lazımdır. Və onu da qeyd edək ki, “Səhra fırtınası” zamanı hərbi texnika hər beş saatdan bir yanacaqla doldurulurdu."Bildiyimiz kimi, istənilən hərbi kampaniyada vəsaitin böyük hissəsi yanacağa gedir. Orta ölçülü münaqişələrdə bu, gündə təxminən bir milyard dollardır", - deyə hərbi analitik Tim Hibbets bildirib.İllər keçdikcə xərclər yalnız artdı. Kampaniya dayandı, heç bir uğur əldə edilmədi və amerikalılar isə getdikcə daha müasir silahlardan istifadə etdilər. Belə ki, 2017-ci ildə hər birinin dəyəri 339 milyon dollar olan F-22 Raptor qırıcıları Kabil üzərində səmaya qalxdılar. Uçuş saatının qiyməti - 69 min dollara bərabər idi.Kampaniyanın bütün 20 ili ərzində strateji "gözəgörünməz"lər olan B-2 Spirit əsas zərbə qüvvəsi idi. Onların havada bir saatının qiyməti- 170 min dollara qədərdir. Bombanın özünün dəyəri isə, təxminən, iki milyard dollardır.Amerikalı jurnalistlərin fikrincə, bütün bu qiymətlər çox şişirdilib. Ümumiyyətlə isı, Amerikanın müdafiə sənayesi, həddindən artıq böyük iştaha malikdir."Hərbi-sənaye kompleksinə nə qədər çox xərc çəkilirsə, müdafiə qabiliyyəti bir o qədər aşağı olur. Çünki hər alış növbəti alışın qiymətini artırır. Hazırda bir F-35-in qiyməti yüz milyon (2020-ci ildə - 78. - Redaktorun qeydi.), Ford nüvə aviadaşıyıcısı (göyərtəsiz) - 15 milyarda başa gəlir”. - Atlantik Şuranın baş məsləhətçisi Harlan Ulman izah edir.Həmin “Spiritlər” in 15 ildə iki dəfə artıb. Təəccüblü deyil ki, müdafiə sənayesinin büdcəsi daim şişirdilir: 2018-ci ildə bu, 700 milyard dollar idisə, indi 740 milyard dollardır.Ukraynadakı münaqişə ilə əlaqədar olaraq isə Pentaqon daha çox - 773 mlrd dollar pul istəyib. Konqres təsdiq edərsə, bu, rekord olacaq.Birləşmiş Ştatlar uzun illərdir ki, hərbi xərclərə görə liderdir. İkinci yerdə olan Çində 2020-ci ildə bu məbləğ 252 milyard (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatları - SIPRI), Hindistan - 72,9, Rusiya - 61,7, Böyük Britaniya - 59,2 milyarddır."Yalnız İkinci Dünya Müharibəsi daha bahalıdır"Bir çox ekspertlər SIPRI-nin hesablamalarını ona görə tənqid edirlər ki, “ümumi təhlükəsizlik xərcləri” əsas götürülür, bura həm ordunun, həm də məsələn, xüsusi xidmət orqanlarının xərcləri daxildir. ABŞ-a gəlincə, Əfqanıstan üçün nəyin tələb olunduğunu ümumi məbləğdən ayırmaq olduqca çətindir.Pentaqonun nümayəndələri 2019-cu ildə 778 milyard dollar barədə danışıblar. Lakin burada, məsələn, amerikalıların fəal şəkildə istifadə etdiyi Pakistandakı hava bazalarının saxlanması xərclərini nəzərə alınmır. Orada da heç bir loqistik xərc -əsgərlərin “Herkules”-lə daşınması (dünyanın ən bahalı nəqliyyat vasitələri) və ya yanacaq tədarükü xərçı yox idi. İnflyasiya üçün heç bir düzəliş də yox idi.Alternativ məlumatı dünyada hərbi münaqişələri araşdıran Uotson İnstitutu verib. Əslində, söhbət trilyonlardan gedir."11 Sentyabr hücumlarından sonra ABŞ-ın bütün kampaniyalarını götürsək - bunlar Əfqanıstan, İraq və Suriyadır, - o zaman bu məbləğ səkkiz trilyona çatır. Yalnız İkinci Dünya Müharibəsi daha bahalı idi", - ekspertlər belə deyirlər.Birbaşa hərbi əməliyyatlara, demək olar ki, 2,3 trilyon xərclənib. Daha üç trilyon həm “Amerika daxilində təhlükəsizliyin yaxşılaşdırılması”, həm də inflyasiya ilə əlaqəli “dolayı xərclər”dir. Yarım trilyon - veteranların müalicəsi və psixoloji reabilitasiyası üçündür. Demək olar ki, 2,5 trilyon isə - döyüşçülərə ödənişlər üçün nəzərdə tutulub.Bu statistika ictimaiyyəti şoka salıb. Hakimiyyət orqanlarından hərbi kampaniyalar, eləcə də terrorizmlə mübarizə haqqında mümkün qədər çox məlumat dərc etmələri tələb olunurdu. Xüsusilə, vədlərə baxmayaraq, Ağ Ev terrorçular üçün həbsxanalar şəbəkəsini bağlamayıb. Eyni bədnam Quantanamo, Amerika mediasına görə, tam işlək vəziyyətdədir və hələ də maraqlı gözlərdən gizlənir.“Ya pul, ya da qurbanlar”Ümumilikdə Əfqanıstan müharibəsi hər amerikalıya 20 min dollara başa gəlib. Tərk edilmiş texnika və silahlar səbəbindən itkiləri nəzərə almadan, təcili təxliyə etməyə tələsən Pentaqon Talibana çoxlu müasir hərbi texnika qoyub.Eyni zamanda, iqtisadçılar müharibə aparmağın bahalaşması barədə mübahisələr edirlər. Bir tərəfdən, dövlətlər ÜDM-ə nisbətən müdafiəyə daha az pul xərcləyir: 1960-cı illərdən bəri bu rəqəm 6,5 faizdən üç faizə düşüb. Digər tərəfdən, silahların qiyməti hər il artır. 2019-cu ildə İqtisadiyyat və Sülh İnstitutunun (IEP) məlumatına görə, silahlı münaqişələrə qlobal xərclər 14 trilyon dollara çatıb."Əgər bu pul Yer kürəsinin sakinlərinə paylansa, hər birinə beş dollar düşəcək. Bəşəriyyətin doqquz faizi isə gündəlik 1,9 dollara yaşayır", - deyə tədqiqatçılar qeyd ediblər.Üstəlik, hərbi kampaniyalardan gələn xeyir getdikcə daha çox illüziya olur. İraq və Əfqanıstanda baş verən hadisələr bunu xüsusilə aydın göstərdi: Vaşinqton, əslində, xərclərin onda birini belə geri qaytarmadı."Problem ondadır ki, necə hesablamaq gərək olduğu hələ də aydın deyil. Bəli, silahlar hər il büdcəyə baha başa gəlir. Amma bir yüksək dəqiqlikli zərbə yüzlərlə insanın həyatını xilas edə bilir. Eyni şey, məsələn, döyüş nəzarəti və ya robototexnika informasiya sistemlərinə də aiddir.”, - deyə hərbi politoloq Aleksandr Perendjiyev izah edir.Onun sözlərinə görə, bu gün getdikcə daha çox ordu bu yanaşmaya üstünlük verir. Buna görə də ekspert qeyd edir ki, “sadəcə hərbi əməliyyatlar aparmaq” yox, “müharibədə qalib gəlmək bahalaşıb”.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433660446_312:0:2820:1881_1920x0_80_0_0_3eaeba5df2432b22c8f7afc33a84d984.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, əfqanıstan, qiymət, müharibə, ikinci dünya müharibəsi
abş, əfqanıstan, qiymət, müharibə, ikinci dünya müharibəsi
"Bütün bəşəriyyətə bəsdir". ABŞ-da Əfqanıstandakı müharibənin dəyəri açıqlandı
23:01 18.04.2022 (Yenilənib: 23:22 18.04.2022) İllər keçdikcə xərclər yalnız artdı. Kampaniya dayandı, heç bir uğur əldə edilmədi və amerikalılar isə getdikcə daha müasir silahlardan istifadə etdilər.
BAKI, 18 aprel — Sputnik, Sergey Andreyev. Əfqan kampaniyası amerikalılara rahatlıq vermir: ölkədə 20 illik müharibənin neçəyə başa gəlməsi ilə bağlı mübahisələr gedir. Müstəqil tədqiqatçılar müasir dünyada döyüşməyin neçəyə başa gəldiyi barədə Pentaqonun elan etdiyindən qat-qat çox olan məbləğlər söyləyirlər.
2009-cu ildə prezident Barak Obama Əfqanıstandakı kontingenti artırmaq qərarına gəldi. Ona etiraz etdilər: döyüşmək çox baha başa gəlir.
Və hesablamağa başladılar - həm Pentaqonda, həm də senatorlar. Təbii ki, nəticələr fərqli idi: hərbi idarə yeddi il ərzində xərcləri 156 milyard dollar, parlamentarilər isə 227 milyard dollar qiymətləndirdilər.
Əlaqədar mütəxəssisləri bu işə cəlb etdilər. Analitiklər yeni üsul - bir əsgərə altı ay müddətində nə qədər vəsait xərclədiyini hesablamağı təklif etdilər. Maaşlar, yeməklər, avadanlıqlar, logistika, o cümlədən, okeanın o tayından hava daşınmasını nəzərə alındı. Tibbi yardım, ölüm və ya xəsarət aldıqda sığorta ödənişləri, habelə işdən çıxarıldıqdan sonra verilən pensiyalar isə nəzərə alınmadı.
Nəticə belə oldu: adambaşına milyon dollar. Həmin vaxt Əfqanıstanda 70 minə yaxın amerikalı hərbçi var idi.
Bununla belə, ictimai müzakirə Ağ Evin müharibəyə daha 35 000 döyüşçüsü göndərməsinə mane olmadı (rotasiyanın bir hissəsi olaraq hər rübdə 5 000). 2010-cu ildə isə Əfqanıstan yollarında bütün kampaniyada ilk dəfə olaraq, “Abrams”lar göründü və bu, skeptikləri daha da qəzəbləndirdi.
Məsələ burasındadır ki, bu, nəinki, ən bahalı tankdır (bir ədədinin qiyməti 8,6 milyon dollar), həm də ən “yeyimcil”dir: ona 100 kilometrə 1650 litr yanacaq lazımdır. Və onu da qeyd edək ki, “Səhra fırtınası” zamanı hərbi texnika hər beş saatdan bir yanacaqla doldurulurdu.
"Bildiyimiz kimi, istənilən hərbi kampaniyada vəsaitin böyük hissəsi yanacağa gedir. Orta ölçülü münaqişələrdə bu, gündə təxminən bir milyard dollardır", - deyə hərbi analitik Tim Hibbets bildirib.
İllər keçdikcə xərclər yalnız artdı. Kampaniya dayandı, heç bir uğur əldə edilmədi və amerikalılar isə getdikcə daha müasir silahlardan istifadə etdilər. Belə ki, 2017-ci ildə hər birinin dəyəri 339 milyon dollar olan F-22 Raptor qırıcıları Kabil üzərində səmaya qalxdılar. Uçuş saatının qiyməti - 69 min dollara bərabər idi.
Kampaniyanın bütün 20 ili ərzində strateji "gözəgörünməz"lər olan B-2 Spirit əsas zərbə qüvvəsi idi. Onların havada bir saatının qiyməti- 170 min dollara qədərdir. Bombanın özünün dəyəri isə, təxminən, iki milyard dollardır.
Amerikalı jurnalistlərin fikrincə, bütün bu qiymətlər çox şişirdilib. Ümumiyyətlə isı, Amerikanın müdafiə sənayesi, həddindən artıq böyük iştaha malikdir.
"Hərbi-sənaye kompleksinə nə qədər çox xərc çəkilirsə, müdafiə qabiliyyəti bir o qədər aşağı olur. Çünki hər alış növbəti alışın qiymətini artırır. Hazırda bir F-35-in qiyməti yüz milyon (2020-ci ildə - 78. - Redaktorun qeydi.), Ford nüvə aviadaşıyıcısı (göyərtəsiz) - 15 milyarda başa gəlir”. - Atlantik Şuranın baş məsləhətçisi Harlan Ulman izah edir.
Həmin “Spiritlər” in 15 ildə iki dəfə artıb. Təəccüblü deyil ki, müdafiə sənayesinin büdcəsi daim şişirdilir: 2018-ci ildə bu, 700 milyard dollar idisə, indi 740 milyard dollardır.
Ukraynadakı münaqişə ilə əlaqədar olaraq isə Pentaqon daha çox - 773 mlrd dollar pul istəyib. Konqres təsdiq edərsə, bu, rekord olacaq.
Birləşmiş Ştatlar uzun illərdir ki, hərbi xərclərə görə liderdir. İkinci yerdə olan Çində 2020-ci ildə bu məbləğ 252 milyard (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatları - SIPRI), Hindistan - 72,9, Rusiya - 61,7, Böyük Britaniya - 59,2 milyarddır.
"Yalnız İkinci Dünya Müharibəsi daha bahalıdır"
Bir çox ekspertlər SIPRI-nin hesablamalarını ona görə tənqid edirlər ki, “ümumi təhlükəsizlik xərcləri” əsas götürülür, bura həm ordunun, həm də məsələn, xüsusi xidmət orqanlarının xərcləri daxildir. ABŞ-a gəlincə, Əfqanıstan üçün nəyin tələb olunduğunu ümumi məbləğdən ayırmaq olduqca çətindir.
Pentaqonun nümayəndələri 2019-cu ildə 778 milyard dollar barədə danışıblar. Lakin burada, məsələn, amerikalıların fəal şəkildə istifadə etdiyi Pakistandakı hava bazalarının saxlanması xərclərini nəzərə alınmır. Orada da heç bir loqistik xərc -əsgərlərin “Herkules”-lə daşınması (dünyanın ən bahalı nəqliyyat vasitələri) və ya yanacaq tədarükü xərçı yox idi. İnflyasiya üçün heç bir düzəliş də yox idi.
Alternativ məlumatı dünyada hərbi münaqişələri araşdıran Uotson İnstitutu verib. Əslində, söhbət trilyonlardan gedir.
"11 Sentyabr hücumlarından sonra ABŞ-ın bütün kampaniyalarını götürsək - bunlar Əfqanıstan, İraq və Suriyadır, - o zaman bu məbləğ səkkiz trilyona çatır. Yalnız İkinci Dünya Müharibəsi daha bahalı idi", - ekspertlər belə deyirlər.
Birbaşa hərbi əməliyyatlara, demək olar ki, 2,3 trilyon xərclənib. Daha üç trilyon həm “Amerika daxilində təhlükəsizliyin yaxşılaşdırılması”, həm də inflyasiya ilə əlaqəli “dolayı xərclər”dir. Yarım trilyon - veteranların müalicəsi və psixoloji reabilitasiyası üçündür. Demək olar ki, 2,5 trilyon isə - döyüşçülərə ödənişlər üçün nəzərdə tutulub.
Bu statistika ictimaiyyəti şoka salıb. Hakimiyyət orqanlarından hərbi kampaniyalar, eləcə də terrorizmlə mübarizə haqqında mümkün qədər çox məlumat dərc etmələri tələb olunurdu. Xüsusilə, vədlərə baxmayaraq, Ağ Ev terrorçular üçün həbsxanalar şəbəkəsini bağlamayıb. Eyni bədnam Quantanamo, Amerika mediasına görə, tam işlək vəziyyətdədir və hələ də maraqlı gözlərdən gizlənir.
“Ya pul, ya da qurbanlar”
Ümumilikdə Əfqanıstan müharibəsi hər amerikalıya 20 min dollara başa gəlib. Tərk edilmiş texnika və silahlar səbəbindən itkiləri nəzərə almadan, təcili təxliyə etməyə tələsən Pentaqon Talibana çoxlu müasir hərbi texnika qoyub.
Eyni zamanda, iqtisadçılar müharibə aparmağın bahalaşması barədə mübahisələr edirlər. Bir tərəfdən, dövlətlər ÜDM-ə nisbətən müdafiəyə daha az pul xərcləyir: 1960-cı illərdən bəri bu rəqəm 6,5 faizdən üç faizə düşüb. Digər tərəfdən, silahların qiyməti hər il artır. 2019-cu ildə İqtisadiyyat və Sülh İnstitutunun (IEP) məlumatına görə, silahlı münaqişələrə qlobal xərclər 14 trilyon dollara çatıb.
"Əgər bu pul Yer kürəsinin sakinlərinə paylansa, hər birinə beş dollar düşəcək. Bəşəriyyətin doqquz faizi isə gündəlik 1,9 dollara yaşayır", - deyə tədqiqatçılar qeyd ediblər.
Üstəlik, hərbi kampaniyalardan gələn xeyir getdikcə daha çox illüziya olur. İraq və Əfqanıstanda baş verən hadisələr bunu xüsusilə aydın göstərdi: Vaşinqton, əslində, xərclərin onda birini belə geri qaytarmadı.
"Problem ondadır ki, necə hesablamaq gərək olduğu hələ də aydın deyil. Bəli, silahlar hər il büdcəyə baha başa gəlir. Amma bir yüksək dəqiqlikli zərbə yüzlərlə insanın həyatını xilas edə bilir. Eyni şey, məsələn, döyüş nəzarəti və ya robototexnika informasiya sistemlərinə də aiddir.”, - deyə hərbi politoloq Aleksandr Perendjiyev izah edir.
Onun sözlərinə görə, bu gün getdikcə daha çox ordu bu yanaşmaya üstünlük verir. Buna görə də ekspert qeyd edir ki, “sadəcə hərbi əməliyyatlar aparmaq” yox, “müharibədə qalib gəlmək bahalaşıb”.