https://sputnik.az/20220418/blogerle-gorusde-insanlari-kemerle-vuran-sexs-hebs-edildi-441192681.html
Blogerlə görüşdə insanları kəmərlə vuran şəxs həbs edildi
Blogerlə görüşdə insanları kəmərlə vuran şəxs həbs edildi
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyi blogerlə görüş zamanı karantin qaydalarının pozulması ilə bağlı açıqlama verib. 18.04.2022, Sputnik Azərbaycan
2022-04-18T11:53+0400
2022-04-18T11:53+0400
2022-04-18T11:53+0400
bloger
cəmiyyət
polis
görüş
həbs
https://cdnn1.img.sputnik.az/img/42164/50/421645092_0:0:1080:608_1920x0_80_0_0_2021a8dc99f49f5067dd572c5ced91f6.jpg
BAKI, 18 aprel — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Hüseyn Həsənovla görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama veribDİN-in Mətbuat Xidmətindən verilən açıqlamada deyilir:"Aprel ayının 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın "QR" kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxardıblar.Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.Pandemiya ilə əlaqədar tətbiq olunan qaydaların pozulması ilə müşayiət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb.Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq, A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub.Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".Qeyd edək ki, dünən iri ticarət mərkəzlərinin birində bloger Hüseyn Həsənovla görüşdə insan izdihamı yaşanıb. Xüsusilə yeniyetmələr arasında görüş zamanı sıxlıqda huşunu itirənlər olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42164/50/421645092_0:0:1080:810_1920x0_80_0_0_19d605565d88c40cf05a01241e25b098.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bloger, polis, görüş, həbs
bloger, polis, görüş, həbs
Blogerlə görüşdə insanları kəmərlə vuran şəxs həbs edildi
Daxili İşlər Nazirliyi blogerlə görüş zamanı karantin qaydalarının pozulması ilə bağlı açıqlama verib.
BAKI, 18 aprel — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Hüseyn Həsənovla görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib
DİN-in Mətbuat Xidmətindən verilən açıqlamada deyilir:
"Aprel ayının 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın "QR" kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxardıblar.
Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.
Pandemiya ilə əlaqədar tətbiq olunan qaydaların pozulması ilə müşayiət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb.
Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq, A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub.
Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, dünən iri ticarət mərkəzlərinin birində bloger Hüseyn Həsənovla görüşdə insan izdihamı yaşanıb. Xüsusilə yeniyetmələr arasında görüş zamanı sıxlıqda huşunu itirənlər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.