Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada baş verən qətlin təfərruatı məlum olub

© Sputnik / Murad OrujovDİN əməkdaşları
DİN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Abunə olmaq
Zaqatala rayonunda baş vermiş dəhşətli qətlin üstü "isti izlər"lə açılıb.
BAKI, 17 aprel - Sputnik. Zaqatalada baş verən qətlin bəzi təfərruatı məlum olub.
Əri tərəfindən qətlə yetirilən Xavər Həsənova (Hüşənova) yaşadığı Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyirmiş.
APA-nın məlumatına görə, qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiya dövlətinə işləməyə gedirdi. Onun bir müddət əvvəl Rusiyadan qayıtdığı bildirilir. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var. Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin qısqanclıq və ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə aprelin 17-i gecə saatlarında rayonun Yuxarı Çardaqlar kəndində baş verib. Kənd sakini 37 yaşlı Qılman Qurban oğlu Həsənov münaqişə zəminində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Şamil qızı Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib. Daha sonra Qılman Həsənov özünün boğaz nahiyəsini kəsərək intihar edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0