https://sputnik.az/20220417/vefat-eden-prokurorluq-iscisinin-aile-uzvlerine-serti-emek-pensiyasi-verilecek-441176781.html
Vəfat edən prokurorluq işçisinin ailə üzvlərinə şərti əmək pensiyası veriləcək
Vəfat edən prokurorluq işçisinin ailə üzvlərinə şərti əmək pensiyası veriləcək
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” Qanununa bir sıra dəyişikliklər təklif edilir. 17.04.2022, Sputnik Azərbaycan
2022-04-17T16:43+0400
2022-04-17T16:43+0400
2022-04-17T16:43+0400
cəmiyyət
prokurorluq
əmək pensiyası
qanun
dəyişiklik
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_0:145:3071:1872_1920x0_80_0_0_5cbe44cf56423c3972ad2a873f11a548.jpg
BAKI, 17 aprel - Sputnik. Prokurorluq işçisi vəfat etdikdə onun ailə üzvlərinə şərti əmək pensiyası veriləcək.APA xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb..Layihəyə əsasən, prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödəniləcək.Hazırda qüvvədə olan qanuna əsasən, prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən yeni - 1.0.1-1-ci maddəyə əsasən, şərti əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləği olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220416/ombudsmanin-pensiyasi-yeni-qaydada-hesablanacaq-441170709.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_192:0:2880:2016_1920x0_80_0_0_55e8dd37532529873f71d513656a569f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prokurorluq, əmək pensiyası, qanun, dəyişiklik
prokurorluq, əmək pensiyası, qanun, dəyişiklik
Vəfat edən prokurorluq işçisinin ailə üzvlərinə şərti əmək pensiyası veriləcək
Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” Qanununa bir sıra dəyişikliklər təklif edilir.
BAKI, 17 aprel - Sputnik. Prokurorluq işçisi vəfat etdikdə onun ailə üzvlərinə şərti əmək pensiyası veriləcək.
APA xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb..
Layihəyə əsasən, prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödəniləcək.
Hazırda qüvvədə olan qanuna əsasən, prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən yeni - 1.0.1-1-ci maddəyə əsasən, şərti əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləği olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.