Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

© Sputnik / Murad OrujovОблачная погода в Баку, фото из архива
Облачная погода в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Abunə olmaq
Yeni həftənin ilk iş günündə paytaxt sakinlərini buludlu, yağmursuz hava şəraiti gözləyir.
BAKI, 17 aprel - Sputnik. Aprelin 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə zəif duman. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 8-10° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında aprelin 18-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0