https://sputnik.az/20220417/onkoloji-ve-skleroz-xestelerinin-muavinet-almaq-huququ-olacaq-441171269.html
Onkoloji və skleroz xəstələrinin müavinət almaq hüququ olacaq
Onkoloji və skleroz xəstələrinin müavinət almaq hüququ olacaq
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” Qanununa bir sıra dəyişikliklər təklif edilir. 17.04.2022, Sputnik Azərbaycan
2022-04-17T08:45+0400
2022-04-17T08:45+0400
2022-04-17T08:45+0400
cəmiyyət
sosial müavinət
xəstə
onkoloji risk
əmək pensiyası
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 17 aprel - Sputnik. Onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.APA-nın xəbərinə görə, bu, “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.Başqa sözlə, “Onkoloji yardım haqqında” qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Layihəyə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.Hazırda qüvvədə olan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna (9-cu maddə) görə da əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Dəyişikliyə görə, əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sosial müavinət, xəstə, onkoloji risk, əmək pensiyası
sosial müavinət, xəstə, onkoloji risk, əmək pensiyası
Onkoloji və skleroz xəstələrinin müavinət almaq hüququ olacaq
Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” Qanununa bir sıra dəyişikliklər təklif edilir.
BAKI, 17 aprel - Sputnik. Onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
APA-nın xəbərinə görə, bu, “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, “Onkoloji yardım haqqında” qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Layihəyə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Hazırda qüvvədə olan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna (9-cu maddə) görə da əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Dəyişikliyə görə, əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.