CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daimi pis qoxu və tüstü onların yaşam tərzinə çevrilib

© Sputnik / Ilham MustafaŞəmkirdə zibillik
Şəmkirdə zibillik - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Abunə olmaq
Şəmkir şəhərinin yeni salınmış yaşayış massivinin sakinləri yaxınlıqda yerləşən zibil poliqonunun onların həyatını cəhənnəmə çevirdiklərini deyirlər
BAKI, 17 aprel — Sputnik. Şəmkir şəhərinin yeni salınmış yaşayış massivinin sakinləri yaxınlıqda yerləşən zibil poliqonunun onların həyatını cəhənnəmə çevirdiklərini deyirlər. Sakinlərin sözlərinə görə, mütəmadi olaraq yandırılan zibillikdən yayılan tüstü və qoxu səbəbindən ərazi yaşanılmaz hala gəlib. İsti havalar yaxınlaşdıqca isə vəziyyətin daha acınaqcaqlı olacağı gözlənilir.
Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan yeni massiv sakinlərindən olan Ramin Məsimov zibilin iyindən evlərində yaşaya bilmədiklərini söyləyib:
© Sputnik / Ilham MustafaRamin Məsimov
Ramin Məsimov - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Ramin Məsimov
"Bütün Şəmkir şəhərinin, ətraf qəsəbələrinin zibil tullantılarını gündəlik olaraq gətirib bura tökürlər. Əvvəllər bir az uzağa tökürdülər. Sonradan buranı ayırdlar. Zibil tökülüb qalaqlanır, sonra onu traktorlarla basdırırlar. Lakin hər gün baş verən yanğınlar vəziyyəti pisləşdirir. Külək olmayanda buralarda tüstüdən göz-gözü görmür. İnanın, burada yaşayanların günü-güzəranı yoxdur. Nəfəs almaq mümkün olmur. İydən-qoxudan heç evin içərisində dayanmaq mümkün deyil".
Sakin İradə Məsimova da ərazinin vəziyyətin dözülməz olduğunu dilə gətirib:
© Sputnik / Ilham MustafaŞəmkirdə zibillik
Şəmkirdə zibillik - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Şəmkirdə zibillik
"Yayda milçəyin əlindən, iydən durmaq olmur. İydən qapı-bacanı aça bilmirik. Dörd il olar bu vəziyyətdəyik. Deyəndə də deyirlər ki bəs zibildi hara tökək? Biz də istəyirik ki, normal insan kimi yaşayaq, pəncərəni açanda evə təmiz hava gəlsin. Qapı-bacam təmiz olsun. Amma biz nə pəncərəni aça bilmirik, nə də təmiz hava görmürük. Nəvələrim gəlir hərdən, evdən çölə çıxmağa qoymuram ki havadan mikrob, infeksiya keçər, zəhərlənərlər".
Digər sakin Aqil Hüseynov burada gündən-günə çoxalan evlərin tərk edilməsindənsə poliqonun yaşayış yerindən daha uzağa köçürülməsini məqsədə uyğun sayır:
© Sputnik / Ilham MustafaNatiq Mansırov
Natiq Mansırov - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Natiq Mansırov
"Düzdür, burada poliqon xeyli əvvəldən olub. Sonra ərazisi daha da genişlənib. Torpaqlar paylananda biz də buradan evlər tikdik. İldən-ilə də evlər artır. Torpağın ucuzluğuna görə burada ev tikən daha çoxdur. Massiv genişlənir. Hər kəs ümidlidir ki bür gün buranı köçürəcəklər, sakinlər iydən, tüstüdən xilas olacaqlar. Buna baxmayaraq zibillik hər gün yanır. Bəlkə indiyə kimi 200 maşın su töküblər, amma yenə söndürə bilmirlər. Tüstüdən dincliyimiz yoxdur. Gecələr yatmaq olmur havasızlıqdan. Yaxşı olar yaşayış ərazilərindən kənar boş sahələrdən bir yer ayırıb zibilliyin yerini də ora dəyişələr".
Şəmkir rayon Kommunal Müəssisələr kombinatının əməkdaşları da öz açıqlamalarında yanğınla mübarizədə çətinlik çəkdiklərini bildiriblər.
© Sputnik / Ilham MustafaŞəmkirdə zibillik
Şəmkirdə zibillik - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Şəmkirdə zibillik
Kombinatının baş mühəndisi Natiq Mansırov hər yanğınlara qarşı mübarizə aparsalar da, onun baş verməsinin səbəblərini dəqiq bilmədiklərini söyləyib:
"Hazırda poliqonun yanma səbəblərini araşdırmaq çətindir. Ola bilər əhali tərəfindən yandırılıb, ola bilər bizim maşınlardan qaynaqlanır. Bizim çalışdığımız odur ki, əhalinin yaşayışını təmin etmək üçün bu poliqonu söndürək. Dəfələrlə söndürmüşük də. Bilmirəm əhali bunu poliqonun burdan köçməsi məqsədilə yandırırlar, yoxsa daha maraqlı şəxslər var, anlaya bilmirəm".
© Sputnik / Ilham MustafaŞəmkirdə zibillik
Şəmkirdə zibillik - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Şəmkirdə zibillik
Kommunal müəssisələr kombinatının baş mühəndisi onu da bildirdi ki poliqonun buradan köçməsi üçün ərazi ayrılıb və yaxın zamanda köçürülməsi nəzərdə tutulub.
Qeyd edək ki Şəmkir şəhərinin qərbində yerləşən bu zibil tullantıları poliqonuna gündəlik 45-50 kubmetr həcmində tullantı gətirilir və zərərsizləşdirilir. Ümid edirik ki, isti yay günləri gələnə qədər sakinlərin bu problemi də öz həllini tapmış olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0