CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Blogerlərdən 90-lara qiyabi səyahət - VİDEO

© Photo : Instagram / ulvifatime_Məşhur vaynerlər Fatimə Əhmədova və Ülvi Mustafayev
Məşhur vaynerlər Fatimə Əhmədova və Ülvi Mustafayev  - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Abunə olmaq
Məşhur vaynerlər Fatimə Əhmədova və Ülvi Mustafayev yenə də hər kəsi təəccübləndirib. Blogerlərin "palatka" partisində həm özləri, həm də gələn qonaqlar o illərə uyğun libaslar seçiblər
BAKI, 17 aprel — Sputnik. Günümüzün çox hissəsini sosial mediada keçiririk. İnternetin bu seqmenti artıq o qədər həyatımızda yer tutub ki, geyimdən tutmuş, bir çox yenilikləri, maraqlı paylaşımları da burada izləyirik. Əlbəttə, bu platformada məşhurlaşan, özünə "fanat"lar toplayan gənclər də az deyil. Bunlardan biri də Ülvi və Fatimə cütlüyüdür. Məşhurlar bu dəfə sosial şəbəkədə paylaşdıqları videolarla populyarlaşan Ülvi və Fatimə cütlüyü ötən gün maraqlı ad günü məclisi təşkil edib. Fatimə həyat yoldaşının yeni yaşını retro konseptlə qeyd etmək istəyib.
O, sürpriz kimi 1990-cı illərin toylarına bənzəyən məclis hazırlayıb. Belə ki, həm özləri, həm də gələn qonaqlar o illərə uyğun libaslar seçiblər. Şənlikdə səslənən mahnılar əsasən retro, əvvəlki vaxtların toy ifaları olub.
Həm də keçmişin adət-ənənələrinə, yığıncaqlarda edilən bir çox şeyə üstünlük verilib.
Məlumat üçün bildirək ki, vayner Fatimə Əhmədova şahmatçıdır. Eyni zamanda, şahmat müəllimi kimi fəaliyyət göstərib. Ülvi Mustafayev ilə evlidir. Ülvi Mustafayev isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirib. O, bundan öncə Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən olaraq çalışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Станция метро Бакы Совети (ныне Ичеришехер) в Баку. 1 июля 2004 года - Sputnik Azərbaycan, 1920, 11.04.2021
CƏMİYYƏT
Dövrümüzün trendi olan nostalji və yaxud "90-ların uşaqlarıyıq"la keçmişə səyahət
Xəbər lenti
0