Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanla Gürcüstan arasındakı sərhəd-buraxılış məntəqələri

Abunə olmaq
Azərbaycan və Gürcüstan arasında sərhədi keçmək üçün altı buraxılış məntəqəsi mövcuddur. İki ölkənin sərhədinəki NBM-lər barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında" 2021-ci il sentyabrın 29-da Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib.
Sazişlə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 (altı) buraxılış məntəqəsi müəyyən edilib.
Həmin buraxılış məntəqələri aşağıdakılardır:
Dəmiryolu
- "Böyük-Kəsik" (Azərbaycan) - "Qardabani" (Gürcüstan);
Avtomobil
- "Qırmızı körpü" (Azərbaycan) – "Krasniy Most" (Gürcüstan);
- "Mazımqara" (Azərbaycan) – "Tsodna" (Gürcüstan).
- "İpəkyolu" (Azərbaycan) – "Abreşumis Qza" (Gürcüstan);
- "Sadaxlı" (Azərbaycan) – "Vaxtangisi" (Gürcüstan)
- "Muğanlı" (Azərbaycan) – "Samtatskaro" (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Xəbər lenti
0