https://sputnik.az/20220416/meleyke-abbaszade-buraxilis-imtahanlari-toplanan-ballar-sual-kitabcalari-ve-s-barede-441164542.html
Məleykə Abbaszadə buraxılış imtahanları, toplanan ballar, sual kitabçaları və s. barədə
Məleykə Abbaszadə buraxılış imtahanları, toplanan ballar, sual kitabçaları və s. barədə
Sputnik Azərbaycan
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının rəhbəri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bir çox mətləblərə aydınlıq gətirib. 16.04.2022, Sputnik Azərbaycan
2022-04-16T13:48+0400
2022-04-16T13:48+0400
2022-04-16T13:48+0400
dim
təhsil
məleykə abbaszadə
imtahan
imtahanların nəticələri
buraxılış imtahanları
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138979_0:0:2000:1125_1920x0_80_0_0_abb2d610d4c63390e2a947b59bc352ad.jpg
BAKI, 16 aprel - Sputnik. “Şagird I mərhələdə hansı bal toplamasından asılı olmayaraq, ikinci mərhələdə 100 və ya 150 bal toplayırsa, müsabiqəyə qoşula bilər”.APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.O bildirib ki, hər il XI sinfi bitirən şagirdlərin təxminən 30%-ə qədəri ümumiyyətlə orta ixtisas məktəblərinə və ya ali məktəbə sənəd vermirlər: “Yəni buraxılış imtahanı verən hər kəs ali məktəbə sənəd vermir. 200 baldan yuxarı nəticə göstərənlərin də arasında müəyyən şagirdlər var ki, onlar ali məktəblərə sənəd verməyib. Bunlara fərdi yanaşmaq üçün biz bu siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik. Çünki o uşaqların nəticələri çox yaxşıdır və öz yaşıdlarından fərqlənirlər. Təhsil Nazirliyi bunu araşdıracaq”.Buraxılış imtahanlarında toplanan balların müqayisəsiÖtən ilki imtahan nəticələrinə əsasən, 200 bal toplayan şagirdlərin sayı demək olar bu illə eynidir.Bunu Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini şərh edərkən deyib.“150-250 bal arası nəticə toplayan şagirdlərin sayı da keçən ilki şagirdlərin sayı ilə eynidir. Bu il buraxılış imtahanlarında 50-150 bal toplayanların sayı ötən illə müqayisədə daha çoxdur. Gəlin 50-dən aşağı bal toplayan şagirdlərin sayına baxaq. Qapalı testlərdə səhv düzü aparmır deyə, uşaqlar bu testləri təsadüf yazırlar. 50 baldan aşağı olan nəticələr isə orta ixtisas məktəblərinə sənəd verməyə imkan vermir. Birinci mərhələdə 50 baldan aşağı bal toplayanlar II mərhələdə iştirak edə bilər. Amma ikinci mərhələdə səhv cavablar düz cavabı aparır. İlbəil buraxılış imtahanlarının nəticələrini müqayisə edəndə müəyyən ekspertlər cəmiyyətdə elə görüntü yaratmağa çalışırlar ki, guya imtahanlar çətindir, uşaqlar bal toplaya bilmir”.Buraxılış imtahanlarının eyni gündə keçirilməsiMəleykə Abbaszadə buraxılış imtahanlarının eyni gündə keçirilməməsinin səbəbini açıqlayıb.DİM sədri XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib ki, buraxılış imtahanları ən kütləvi imtahanlardır və bu imtahanlar bir gündə keçirilsə, ictimai təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər.“İmtahanlar pandemiya şəraitində keçirilirdi və bizə müəyyən tələblər qoyulmuşdu. Müəyyən vaxtlar var idi ki, biz bir binaya 500 nəfər yerləşdirirdik. Bu, normaldır, amma bir binada 1000 nəfər imtahan verirdisə, onda biz görürdük ki, imtahana daxilolma vaxtı çox çəkir. Təəssüflər olsun ki, bizim abituriyentlər imtahana gizli nəsə keçirməyi qoçaqlıq hesab edirlər. Bu da özlüyündə vaxt tələb edir. Optimal olaraq, biz daha geniş binalar seçərkən 500 nəfərlik binalara üstünlük verdik. Pandemiya zamanı bu say 200 nəfərə enmişdi. Variantların çətinlik dərəcəsi isə eynidir və biz bunu hər zaman yoxlayırıq. Hər bir şəxsə elmi müstəvidə cavab verməyə hazırıq”, - Məleykə Abbaszadə vurğulayıb.O qeyd edib ki, imtahanın nəticəsinə təsir göstərən hadisə baş verəndə, imtahanın nəticəsini ləğv edilir və imtahan yenidən keçirilir.DİM sədri əlavə edib ki, yanğın və zəlzələ olan vaxtlarda bu təcrübədən istifadə edilib.Sual kitabçaları barədəAbbaszadə sual kitabçalarının verilməməsinin səbəbini açıqlayıb.DİM sədri bildirib ki, bütün sınaq imtahanların kitabçaları verilir.“Bu zaman valideynlər sınaq imtahanlarında uşağın hansı sahədə zəif olduğunu araşdıra bilər. Heç bir ölkədə imtahanın sual kitabçası şagirdlərə paylanılmır. Biz 2000-ci ildən sonra bu addımı atdıq, real imtahanlardan sonra uşaqlara sual kitabçaları paylandı və biz elmiliyi qurban verdik. Sualları ictimaiyyətə verəndə bilirdik ki, biz bu sualları itirmişik, bu suallar imtahanlarda istifadə olunmayacaq. Amma bu zaman apelyasiya müraciətlərinin sayı da azalmışdı. İndiki sualların yazılması, sualların statistik göstəricilərinin müəyyənləşdirilməsi çox mürəkkəb prosesdir və bu sualların qiyməti çox yüksəkdir. Biz hər bir sualı qorumağa çalışırıq və sualları ictimailəşdirmirik. Biz sual kitabçalarını paylamayacağıq və heç bir ölkədə bu yoxdur”, - Məleykə Abbaszadə qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220416/bu-gun-ix-sinif-sagirdleri-ucun-buraxilis-imtahani-kecirilecek-441160270.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138979_254:0:1961:1280_1920x0_80_0_0_af15c7d098ea3f6860639d4f1f679698.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim, məleykə abbaszadə, imtahan, imtahanların nəticələri, buraxılış imtahanları
dim, məleykə abbaszadə, imtahan, imtahanların nəticələri, buraxılış imtahanları
Məleykə Abbaszadə buraxılış imtahanları, toplanan ballar, sual kitabçaları və s. barədə
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının rəhbəri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bir çox mətləblərə aydınlıq gətirib.
BAKI, 16 aprel - Sputnik. “Şagird I mərhələdə hansı bal toplamasından asılı olmayaraq, ikinci mərhələdə 100 və ya 150 bal toplayırsa, müsabiqəyə qoşula bilər”.
APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.
O bildirib ki, hər il XI sinfi bitirən şagirdlərin təxminən 30%-ə qədəri ümumiyyətlə orta ixtisas məktəblərinə və ya ali məktəbə sənəd vermirlər: “Yəni buraxılış imtahanı verən hər kəs ali məktəbə sənəd vermir. 200 baldan yuxarı nəticə göstərənlərin də arasında müəyyən şagirdlər var ki, onlar ali məktəblərə sənəd verməyib. Bunlara fərdi yanaşmaq üçün biz bu siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik. Çünki o uşaqların nəticələri çox yaxşıdır və öz yaşıdlarından fərqlənirlər. Təhsil Nazirliyi bunu araşdıracaq”.
Buraxılış imtahanlarında toplanan balların müqayisəsi
Ötən ilki imtahan nəticələrinə əsasən, 200 bal toplayan şagirdlərin sayı demək olar bu illə eynidir.
Bunu Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini şərh edərkən deyib.
“150-250 bal arası nəticə toplayan şagirdlərin sayı da keçən ilki şagirdlərin sayı ilə eynidir. Bu il buraxılış imtahanlarında 50-150 bal toplayanların sayı ötən illə müqayisədə daha çoxdur. Gəlin 50-dən aşağı bal toplayan şagirdlərin sayına baxaq. Qapalı testlərdə səhv düzü aparmır deyə, uşaqlar bu testləri təsadüf yazırlar. 50 baldan aşağı olan nəticələr isə orta ixtisas məktəblərinə sənəd verməyə imkan vermir. Birinci mərhələdə 50 baldan aşağı bal toplayanlar II mərhələdə iştirak edə bilər. Amma ikinci mərhələdə səhv cavablar düz cavabı aparır. İlbəil buraxılış imtahanlarının nəticələrini müqayisə edəndə müəyyən ekspertlər cəmiyyətdə elə görüntü yaratmağa çalışırlar ki, guya imtahanlar çətindir, uşaqlar bal toplaya bilmir”.
Buraxılış imtahanlarının eyni gündə keçirilməsi
Məleykə Abbaszadə buraxılış imtahanlarının eyni gündə keçirilməməsinin səbəbini açıqlayıb.
DİM sədri XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib ki, buraxılış imtahanları ən kütləvi imtahanlardır və bu imtahanlar bir gündə keçirilsə, ictimai təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər.
“İmtahanlar pandemiya şəraitində keçirilirdi və bizə müəyyən tələblər qoyulmuşdu. Müəyyən vaxtlar var idi ki, biz bir binaya 500 nəfər yerləşdirirdik. Bu, normaldır, amma bir binada 1000 nəfər imtahan verirdisə, onda biz görürdük ki, imtahana daxilolma vaxtı çox çəkir. Təəssüflər olsun ki, bizim abituriyentlər imtahana gizli nəsə keçirməyi qoçaqlıq hesab edirlər. Bu da özlüyündə vaxt tələb edir. Optimal olaraq, biz daha geniş binalar seçərkən 500 nəfərlik binalara üstünlük verdik. Pandemiya zamanı bu say 200 nəfərə enmişdi. Variantların çətinlik dərəcəsi isə eynidir və biz bunu hər zaman yoxlayırıq. Hər bir şəxsə elmi müstəvidə cavab verməyə hazırıq”, - Məleykə Abbaszadə vurğulayıb.
O qeyd edib ki, imtahanın nəticəsinə təsir göstərən hadisə baş verəndə, imtahanın nəticəsini ləğv edilir və imtahan yenidən keçirilir.
DİM sədri əlavə edib ki, yanğın və zəlzələ olan vaxtlarda bu təcrübədən istifadə edilib.
Abbaszadə sual kitabçalarının verilməməsinin səbəbini açıqlayıb.
DİM sədri bildirib ki, bütün sınaq imtahanların kitabçaları verilir.
“Bu zaman valideynlər sınaq imtahanlarında uşağın hansı sahədə zəif olduğunu araşdıra bilər. Heç bir ölkədə imtahanın sual kitabçası şagirdlərə paylanılmır. Biz 2000-ci ildən sonra bu addımı atdıq, real imtahanlardan sonra uşaqlara sual kitabçaları paylandı və biz elmiliyi qurban verdik. Sualları ictimaiyyətə verəndə bilirdik ki, biz bu sualları itirmişik, bu suallar imtahanlarda istifadə olunmayacaq. Amma bu zaman apelyasiya müraciətlərinin sayı da azalmışdı. İndiki sualların yazılması, sualların statistik göstəricilərinin müəyyənləşdirilməsi çox mürəkkəb prosesdir və bu sualların qiyməti çox yüksəkdir. Biz hər bir sualı qorumağa çalışırıq və sualları ictimailəşdirmirik. Biz sual kitabçalarını paylamayacağıq və heç bir ölkədə bu yoxdur”, - Məleykə Abbaszadə qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.