Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev: “Starlink”in məhv edilməsi xahişi varsa, nəzərdən keçirərik”

© Sputnik / Юлия Зырянова / Mediabanka keçidЗаместитель председателя Совета безопасности РФ Дмитрий Медведев, фото из архива
Заместитель председателя Совета безопасности РФ Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.04.2022
Abunə olmaq
Rusiyanın keçmiş dövlət başçısı onun adından yayılmış feyk əbərə ironiya ilə yanaşıb.
BAKI, 16 aprel - Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Vahid Rusiya Partiyasının feyk xəbərinə münasibət bildirib.
Report xəbər verir ki, bu barədə o, teleqramda yazıb.
“Feyklər alternativ kainat yaradır. Xüsusilə sevindirici haldır ki, "Vahid Rusiya" ilə bağlı saxta xəbərlərin bir hissəsi birbaşa Dövlət Departamentindən maliyyələşir. “Starlink” peyklərinin məhv edilməsinə gəldikdə isə, bu, yeni fikirdir və buna görə təşəkkür edirəm. İcra etmək hələ tezdir, amma belə xahiş olarsa, nəzərdən keçirərik”, - siyasətçi vurğulayıb.
Qeyd edək ki, bu gün səhər "Vahid Rusiya" Partiyasının adından yaradılan feyk saytda Dmitri Medvedevin İlon Maskın şirkətinə məxsus “Starlink” peykinin məhv edilməsi barədə əmrin olduğuna dair həqiqəti əks etdirməyən açıqlaması yer alıb. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) həmin sayta girişi dərhal əngəlləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NATO - Sputnik Azərbaycan, 1920, 14.04.2022
SİYASƏT
Medvedev: İsveç və Finlandiyada NATO-ya qoşulmaqla bağlı fikirlər haçalanıb
Xəbər lenti
0