SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Medvedev: İsveç və Finlandiyada NATO-ya qoşulmaqla bağlı fikirlər haçalanıb

© REUTERS / VALENTYN OGIRENKONATO
NATO - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
İsveç və Finlandiya vətəndaşları NATO-ya üzv olmağın məqsədəuyğunluğuna şübhə edirlər
BAKI, 14 aprel — Sputnik. İsveç və Finlandiyada NATO-ya üzv olmaq zərurəti barədə ictimai rəy təxminən yarıya bölünüb. Rusiya ümid edir ki, ağıl qalib gələcək. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“NATO-ya üzv olmağın zəruriliyi məsələsində İsveç və Finlandiyanın ictimai rəyi təxminən yarıya bölünüb. Bu isə yerli təbliğatçıların maksimum səylərinə rəğmən baş verir. Sağlam düşüncəli insan qiymət və vergilərin qaldırılmasını, sərhədlərdə gərginliyin artırılmasını, “İsgəndər"ləri, hipersəsli və nüvə silahı olan gəmilərin öz evinə yaxın məsafədə olmasını istəməz. Ümid edək ki, şimal qonşularımızda ağıl sonda qalib gələcək. Ancaq belə olmasa, necə deyərlər, “o, özü gəlib”, – deyə Medvedev öz “Telegram” kanalında qeyd edib.
Bu yaxınlarda İsveçin “Expressen” qəzeti mənbələrə istinadən iddia edib ki, Finlandiya İsveç hökumətinə NATO-ya üzv olmaq üçün birgə müraciət etməyi təklif edib.
Bazar ertəsi Britaniyanın “Times” qəzeti isə mənbələrə istinadən xəbər verib ki, İsveç və Finlandiya bu yay NATO-ya üzv olmaq niyyətindədirlər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 09.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Avropa Birliyi artıq NATO-nun iqtisadi əlaqələr şöbəsinə çevrilib - Zaxarova
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Xəbər lenti
0