CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü təsiredici maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir

© Sputnik / Musa MuradliPPX
PPX - Sputnik Azərbaycan, 1920, 16.04.2022
Abunə olmaq
Cinayət Məcəlləsinin "Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi"nə dair maddəsinə dəyişiklik edilir.
BAKI, 16 aprel — Sputnik. Azərbaycanda güclü təsir edən maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir.
Bununla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinə (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) dəyişiklik edilir.
240.1-ci maddədə deyilir ki, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilir ki, bu əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.
Qeyd edək ki, hazırda isə bu əməl dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq Milli Məclisdə ikinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0