https://sputnik.az/20220416/azerbaycana-hecce-getmek-ucun-kvota-ayrilacaqmi-441104779.html
Azərbaycana Həccə getmək üçün kvota ayrılacaqmı?
Azərbaycana Həccə getmək üçün kvota ayrılacaqmı?
Sputnik Azərbaycan
Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanının Həcc ziyarəti üçün zəvvarların sayını artırmasına münasibət bildirib. 16.04.2022, Sputnik Azərbaycan
2022-04-16T08:01+0400
2022-04-16T08:01+0400
2022-04-16T08:01+0400
azərbaycan
cəmiyyət
həcc
həcc ziyarəti
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1e/424562983_0:0:2717:1529_1920x0_80_0_0_7d71329c3cbb9a71c095ca5e06f0d4fb.jpg
BAKI, 16 aprel — Sputnik. Koronavirus pandemiyası dövründə xarici ölkələrdən Həccə ziyarətə məhdudiyyət qoyulsa da, yaxın günlərdə bu qadağanın götürülməsi gözlənilir. Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə çatdırıb. Bu barədə Həcc və Ümrə Nazirliyinə istinadən Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb. Məlumata görə, ziyarətə yaşı 65-dən az, tam vaksinasiyadan keçmiş şəxslər buraxılacaq. Zəvvarlar həmçinin PCR testinin neqativ nəticəsini də təqdim etməli olacaqlar.Sputnik Azərbaycan ölkəmizə Həcc ziyarəti üçün nə qədər kvota ayrılacağını, ziyarətin necə təşkil olunacağını araşdırıb.Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a bildiriblər hələ ki, Səudiyyə Ərəbistanı Azərbaycana Həcc ziyarəti üçün kvota ayırmayıb. İdarədən bildirilib ki, artıq üç ildir ki, pandemiya səbəbindən Azərbaycandan Həccə ziyarət təşkil olunmur: "Ümrə ziyarəti təşkil olunsa da, Həcc üçün hələ ki, Səudiyyə Ərəbistanından məktub gözləyirik. Bizə nə qədər kvota ayrılacağı məlum deyil. Yalnız bundan sonra məlumat verə bilərik".İdarədən həmçinin qeyd ediblər ki, Həcc ziyarətinin qiyməti də ayrılan kvotadan sonra bəlli olacaq.Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir müsəlmana ömründə bir dəfə Həccə getmək fərzdir. İmkan olduğu təqdirdə Həcc ziyarətinə getmək vacib buyrulur. İ.Səlimov Həcc ziyarətinə getmək üçün müsəlmanlara yenidən imkanın yaradılmasının alqışlanan olduğunu söyləyib.Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib, ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilib.Xatırladaq ki, ötən il pandemiya səbəbindən həcc ziyarətində 10 min nəfər iştirak edib. Zəvvarların 30%-i Səudiyyə Ərəbistanı, 70%-i ölkədə yaşayan xarici vətəndaşlar olub. Digər ölkələrdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmayıblar. Xüsusi icazələr xroniki xəstəlikləri olmayan, koronavirusa yoluxmayan, əvvəllər həcc ziyarətində olmayan və karantin müddətinə tab gətirməyə hazır olan 20-50 yaş arası insanlara verilib.Qeyd edək ki, fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib. Ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1e/424562983_277:0:2692:1811_1920x0_80_0_0_b936a549c0485327af234a879b4ef1e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, həcc, həcc ziyarəti
azərbaycan, həcc, həcc ziyarəti
Azərbaycana Həccə getmək üçün kvota ayrılacaqmı?
Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanının Həcc ziyarəti üçün zəvvarların sayını artırmasına münasibət bildirib.
BAKI, 16 aprel — Sputnik. Koronavirus pandemiyası dövründə xarici ölkələrdən Həccə ziyarətə məhdudiyyət qoyulsa da, yaxın günlərdə bu qadağanın götürülməsi gözlənilir. Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə çatdırıb.
Bu barədə Həcc və Ümrə Nazirliyinə istinadən Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb. Məlumata görə, ziyarətə yaşı 65-dən az, tam vaksinasiyadan keçmiş şəxslər buraxılacaq. Zəvvarlar həmçinin PCR testinin neqativ nəticəsini də təqdim etməli olacaqlar.
Sputnik Azərbaycan ölkəmizə Həcc ziyarəti üçün nə qədər kvota ayrılacağını, ziyarətin necə təşkil olunacağını araşdırıb.
Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a bildiriblər hələ ki, Səudiyyə Ərəbistanı Azərbaycana Həcc ziyarəti üçün kvota ayırmayıb. İdarədən bildirilib ki, artıq üç ildir ki, pandemiya səbəbindən Azərbaycandan Həccə ziyarət təşkil olunmur: "Ümrə ziyarəti təşkil olunsa da, Həcc üçün hələ ki, Səudiyyə Ərəbistanından məktub gözləyirik. Bizə nə qədər kvota ayrılacağı məlum deyil. Yalnız bundan sonra məlumat verə bilərik".
İdarədən həmçinin qeyd ediblər ki, Həcc ziyarətinin qiyməti də ayrılan kvotadan sonra bəlli olacaq.
Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir müsəlmana ömründə bir dəfə Həccə getmək fərzdir. İmkan olduğu təqdirdə Həcc ziyarətinə getmək vacib buyrulur. İ.Səlimov Həcc ziyarətinə getmək üçün müsəlmanlara yenidən imkanın yaradılmasının alqışlanan olduğunu söyləyib.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib, ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilib.
Xatırladaq ki, ötən il pandemiya səbəbindən həcc ziyarətində 10 min nəfər iştirak edib. Zəvvarların 30%-i Səudiyyə Ərəbistanı, 70%-i ölkədə yaşayan xarici vətəndaşlar olub. Digər ölkələrdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmayıblar. Xüsusi icazələr xroniki xəstəlikləri olmayan, koronavirusa yoluxmayan, əvvəllər həcc ziyarətində olmayan və karantin müddətinə tab gətirməyə hazır olan 20-50 yaş arası insanlara verilib.
Qeyd edək ki, fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib. Ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.