https://sputnik.az/20220415/yayimcilara-ciddi-xeberdarliq-edilib-441145525.html
Yayımçılara ciddi xəbərdarlıq edilib
Yayımçılara ciddi xəbərdarlıq edilib
Sputnik Azərbaycan
Audiovizual Şurası proqramlarda iştirakçılar arasında fiziki toqquşma və təhqirlər təkrarlanarsa, telekanalların cərimələnəcəyini bildirib. 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T17:23+0400
2022-04-15T17:23+0400
2022-04-15T17:24+0400
xəbərdarlıq
azərbaycan xəbərləri
xəzər
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805842_0:0:3073:1728_1920x0_80_0_0_8560fcbecbda36af892c9973ee8db404.jpg
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib. Bu barədə Şuradan məlumat verilib.Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb: "Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı. Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir".Azərbaycan Respublikası Audiovizual Şurası yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaq.Qeyd edək ki, Xəzər TV də yayımlanan "Təsir Dairəsi" verilişinin son buraxılışında gəlininə şər atan Hafiz adlı kişinin yalanı üzə çıxarılıb.Bundan sonra həm qonaqlar, həm də aparıcı Lalə Azərtaş ondan gəlinindən üzr istəməsini tələb edib.Bundan sonra, studiyada bir gənc Hafizin gəlininin qarşısında diz çökməsi və əfv diləməsi üçün ona zor tətbiq edib. Həmin dəqiqələrdə efirdə gərginlik artıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805842_161:0:2892:2048_1920x0_80_0_0_8c3ccabda22121a189e13e6a4f1a86fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərdarlıq, xəzər
Yayımçılara ciddi xəbərdarlıq edilib
17:23 15.04.2022 (Yenilənib: 17:24 15.04.2022) Audiovizual Şurası proqramlarda iştirakçılar arasında fiziki toqquşma və təhqirlər təkrarlanarsa, telekanalların cərimələnəcəyini bildirib.
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib. Bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb:
"Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı. Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir".
Azərbaycan Respublikası Audiovizual Şurası yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaq.
Qeyd edək ki, Xəzər TV də yayımlanan "Təsir Dairəsi" verilişinin son buraxılışında gəlininə şər atan Hafiz adlı kişinin yalanı üzə çıxarılıb.
Bundan sonra həm qonaqlar, həm də aparıcı Lalə Azərtaş ondan gəlinindən üzr istəməsini tələb edib.Bundan sonra, studiyada bir gənc Hafizin gəlininin qarşısında diz çökməsi və əfv diləməsi üçün ona zor tətbiq edib. Həmin dəqiqələrdə efirdə gərginlik artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.