Rusca tənbeh edir, sonra onu dilimizə çevirirdi - sənət dostları Eldar Quliyev haqqında
© Sputnik / Kemale AliyevaXalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Film Fondunda anım tədbiri
© Sputnik / Kemale Aliyeva
Abunə olmaq
Dövlət Film Fondunda Xalq artisti Eldar Quliyevin xatirəsi "Gözləmə saatı" və "Biri vardı, biri yoxdu..." filmlərinin nümayişi ilə anılıb.
BAKI, 15 aprel — Sputnik. Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Film Fondunda anım tədbiri keçirilib. Tədbirdə Eldar Quliyevin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən lentə aldığı "Gözləmə saatı" və Dövlət Film Fondunda elektron bərpa olunmuş "Biri vardı, biri yoxdu..." filmləri nümayiş olunub.
Tədbirin moderatorluğunu edən rejissor Cəmil Quliyev bildirdi ki, o vaxt kinostudiyada ən çox film çəkən rejissorlardan biri idi Eldar Quliyev. Yaradıcı heyət ən çox Rasim Ocaqov və Eldar Quliyevlə işləməyi sevirdilər. Daha sonra çıxış edən rejissorun sənət yoldaşları onun haqqında xoş xatirələrini bölüşdülər.
© Sputnik / Kemale AliyevaXalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Film Fondunda anım tədbiri
Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Film Fondunda anım tədbiri
© Sputnik / Kemale Aliyeva
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemətov Eldar Quliyevlə qohumdur. O, futbolu çox sevirdi. Həmişə Moskavada "Neftçi"nin oyununa birlikdə gedirmişlər: "O mənim bütün tamaşalarıma gəlirdi. Mən dəvət etməsəm də gəlirdi. O məndən böyük idi, mənə qadağalar qoyurdu. Mən rus dili bilmirdim, o məni rusca tənbeh edib, sonra öz dilimizə tərcümə edirdi. 37 yaşım olanda "Debüt" studiyasına film ssenarimi təqdim etdim. Ssenarim qəbul olunmadı. Dedi necə ola bilər ki, Eldar mənim ssenarimi qəbul etməsin. Eldara dedim yaş həddi 39-dur, mənim ssenarimi niyə qəbul etmədin? Dedi sən teatr rejissorusan. Sən kinoya gəlsən, teatr itirəcək".
Azərpaşa müəllim Eldar Quliyevlə bağlı xatirələrini bölüşərkən onu da bildirdi ki, o həyat yolddaşını çox sevirdi. Elə ona görə də rejissorun vəsiyyəti ilə xanımını yanına dəfn olunub.
Xalq artisti, "Şərəf" ordeni laureatı Vaqif Mustafayev Eldar Quliyevlə bağlı xoş xatirələrini bölüşərkən mərhum mərhum rejissorun insani keyfiyyətlərindən bəhs etdi. 1994-cü ildə Moskvada bir dərgi nəş olunmuşdu- "XXI əsrin filmoqrafistləri". Həmin dərgi nəşr olunanda bir insan Vaqif Mustafayevlə kobud zaraf edir. Ona deyir ki, " 6 il gözlə, sonra film çəkərsən". Müharibə dönəmi, ölkədə baş verən hadisələr kinoya da təsir etmişdi. Elə bu dönəmlərdə Eldar Quliyev digər sənət adamlarına dəstək olduğu kimi, Vaqif Mustafayevə də dəstək olub. "Debüt" studiyasının dəstəyi ilə film çəkir.
© Sputnik / Kemale AliyevaXalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Film Fondunda anım tədbiri
Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Film Fondunda anım tədbiri
© Sputnik / Kemale Aliyeva
V. Mustafayev həm də Eldar Quliyevin atası, bəstəkar Tofiq Quliyevlə dost olub: "Bir müddət var idi ki, görürdük ki, həm Eldar Quliyevin, həm də Tofiq Quliyevin əhvalı yaxşı deyil. Sonra öyrəndik ki, ata-oğulun arasında soyuq yellər əsib. Mən hər ikisi ilə yaxın olduğumdan onları özümüzə dəvət etdim. Əvvəl ehtiyat eləsəm də sonra bunu etdiyimə görə məmnun oldum. Sən demə, onların mübahisəsi yaradıcı mübahisə olub. Yeyib içdik, ondan sonra uzun söhbətdən sonra onlar barışdılar. Anam mənə həmişə deyirdi ki, "yaxşı oğlansan, amma çirkinsən. Bax da Eldara, necə yaraşıqlıdır".
Xalq artisti, "Şərəf" ordenli, kinorejissor Oqtay Mirqasımov bildirir ki, onlar 1960-cı ildən tanışdırlar. O. Mirqasımov kinostudiyaya fəhlə kimi işlləməyə gələndə Eldar Quliyev rejissor köməkçisi olub. Sonra onları Moskvada ÜDKİ birləşdirib: "Moskvada ÜDKİ-ində planetin bütün ölkələrindən tələbə var idi. Eldar həm yaraşığına, həm savadına, həm də istedadına görə hər kəsdən seçilirdi. O bizə həm də arxa-dayaq idi. Ən böyük status müəllimlikdir. Həm rejissor, həm də yaxşı ustad olmaq hər adama xas cəhət deyil. Eldar müəllim bunu bacardı. Onun çox istedadlı tələbələri bu gün də fəaliyyət göstərir".
"Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev deyir ki, "Ata" filmi Eldar Quliyevin sayəsində çəkilib: "Mən "Debüt" studiyasına ssenari təqdim etmişdim. Eldar müəllim təklif etdi ki, "Hacı Zeynalabdin Tağıyevin qızı ilə bağlı film çəkə bilərsənmi?". Mən razılaşdım. 1988-ci ildə "Debüt" Yaradıcılıq Birliyində həmin film çəkildi. Eldar müəllimin bir filmi yarımçıq qaldı. O həmin filmin ideyası ilə bağlı mənə danışdı. Səhhəti ona imkan vermədi ki, o filmi çəksin. O film çəkilsəydi çox möhtşəm iş ortaya çıxacaqdı".
Xalq artisti Xamis Muradov Eldar Quliyevlə bağlı xatirələrini bölüşərkən bildiri ki, onda paxıllıq, qısqanclıq yox idi. Çünki, Allah ona hər şey vermişdi - yaraşıq, istedad, gözəl ailə və s. O Azərbaycanda ilk "Mersedes" sürən insan idi.
© Sputnik / Kemale AliyevaXalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Film Fondunda anım tədbiri
Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Film Fondunda anım tədbiri
© Sputnik / Kemale Aliyeva
Xatırladaq ki, Azərbaycanın Xalq artisti Eldar Quliyev 2021-ci ilin yanvar ayında infarkt keçirib. Rejissor bir müddət müalicə alandan sonra aprelin 16-sında Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Quliyev öz vəsiyyətinə əsasən, "Qurd qapısı" qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunub.
Qeyd edək ki, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino şöbəsinin professoru, Kinematoqrafçılar İttifaqının katibi, "Şərəf" və "Şöhrət" ordenlərinin sahibi, rejissor Eldar Quliyev 1941-ci il yanvar ayının 18-də Bakıda anadan olub. 1960-1966-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsində Sergey Gerasimovun kursunda oxuyub. Məzun olduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayıb.
1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü rejissor kimi təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
1979-cu ildə "Babək" filmini çəkib ki, həmin ekran əsəri də peşəkarlıq səviyyəsinə, kütləvi və döyüş səhnələrinin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli işlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınmışdı. Bunlarla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə də quruluş verib.
Eldar Quliyev, həmçinin bir neçə filmin ssenari müəllifi də olub. Çəkdiyi filmlər dəfələrlə kinofestivallarda mükafatlara layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.