Goranboyda məktəbin bir korpusu çöküb, 480 şagird başqa məktəbə köçürülüb
21:20 15.04.2022 (Yenilənib: 23:09 15.04.2022)
© Sputnik / Rahim MammadovGoranboyda qəzalı məktəbin binası
© Sputnik / Rahim Mammadov
Abunə olmaq
Goranboyda ən böyük məktəblərdən birinin binasının divarında çatların əmələ gəlməsi və çökmə nəticəsində şagirdlərin yarısı təhsilini başqa məktəb binasında davam etdirməli olub.
BAKI, 15 aprel — Sputnik. Goranboyda ən böyük təhsil ocaqlarından biri qəzalı vəziyyətə düşüb.
Son günlər 2 saylı orta məktəbin binasında yaranan iri çatlar, korpusda baş verən çökmələr təhlükəli vəziyyət yaradıb. Şagirdlərin təhlükəsizliyi nəzərə alınaraq, məktəbin 55 sinfindən 24-ü, təxminən 480 məktəbli rayonda yerləşən 1 saylı orta məktəbə köçürülüb. Orta məktəbdə günbəgün təhlükənin artması 23 aprel tarixində burada keçirilməli olan buraxılış imtahanının da yerinin dəyişilməsinə səbəb olub.
© Sputnik / Rahim MammadovGoranboyda qəzalı məktəbin binası
Goranboyda qəzalı məktəbin binası
© Sputnik / Rahim Mammadov
Bu haqda Sputnik Azərbaycan-a 2 saylı tam orta məktəbin direktor müavini Müşfiq Mustafayev məlumat verib. O deyib ki, Goranboy şəhər 2 saylı tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. 50 ildən artıqdır fəaliyyət göstərir. Binada çatlar təxminən 2 ay öncə yaranmağa başlayıb. Son günlər isə daha da böyüyüb, korpusda çökmələr hiss olunub. Əsas iri çatlar ikinci mərtəbədə yaranıb. Hətta dəhlizdə beton qırıqları belə qopub düşür:
© Sputnik / Rahim MammadovGoranboyda qəzalı məktəbin binası
Goranboyda qəzalı məktəbin binası
© Sputnik / Rahim Mammadov
"Qəzalı vəziyyət olduğuna görə həmin korpusu bağlamışıq. Orada dərs keçən şagirdlər Goranboy şəhər 1 saylı tam orta məktəbə köçürülüb. Köçürülənlər əsasən ibtidai siniflərdə təhsil alanlar və beş yaşlılardır ki, onların da sayı 480 nəfərdir. Məktəbimizdə aprelin 23-də DİM tərəfindən salınan buraxılış imtahanının da başqa binaya dəyişdirilməsinə qərar verilib. İmtahan Goranboy şəhər İnteqrasiya tipli internat məktəbində keçiriləcək."
Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə 1107 şagird təhsil alır. Onların tədrisi ilə 100 müəllim məşğul olur. Sözügedən binada məcburi köçkünlərin oxuduğu Kəlbəcər rayon 76 saylı təhsil ocağı da yerləşir. Burada 95 şagird, 30-a yaxın müəllim 2-ci növbə olaraq dərs keçir.
© Sputnik / Rahim MammadovGoranboyda qəzalı məktəbin binası
Goranboyda qəzalı məktəbin binası
© Sputnik / Rahim Mammadov
Binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı Goranboy rayon İcra hakimiyyətinə,Təhsil nazirliyinə məlumat verilib. Aidiyyatı qurumlar tərəfindən binaya baxış keçirilib.
Goranboy rayon Boluslu kənd orta məktəbi də 3 il öncə qəzalı vəziyyə düşüb. Bu təhsil ocağının 2019-cu ilin 16 sentyabr tarixində, dərs vaxtı tavanı çöküb. Həmin məktəbin qəzalı korpusu 3 ildir bağlanıb. 1967-ci ildən istifadəyə verilən Boluslu kənd orta məktəbində hazırda 228 şagird iki növbəli şəraitdə dərs keçir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.