https://sputnik.az/20220415/prezident-lham-eliyev-xususi-numayendeni-qebul-etdi-441141458.html
Prezident İlham Əliyev xüsusi nümayəndəni qəbul etdi
Prezident İlham Əliyev xüsusi nümayəndəni qəbul etdi
Sputnik Azərbaycan
Prezident İlham Əliyevin Sultan Əhməd Əl Caberi ilə görüşündə əməkdaşlığın daha da genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi qeyd olunub. 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T16:50+0400
2022-04-15T16:50+0400
2022-04-15T16:59+0400
ilham
siyasət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441135722_117:0:2243:1196_1920x0_80_0_0_4a034fc9a221a88f16ec27090dc18609.jpg
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, "Masdar" şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib.Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib.Prezident İlham Əliyev bu yaxınlarda Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanla telefon danışığını xatırladaraq həmin söhbət zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyinin qeyd olunduğunu bildirib.Bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimini xatırladan dövlət başçısı həmin layihənin gələn ilin sonuna yaxın işə düşəcəyinə ümidvarlığını ifadə edib. Prezident İlham Əliyev bu layihənin icrasını qarşılıqlı maraqların və imkanların təmin edilməsinin yaxşı nümunəsi kimi dəyərləndirib.Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu nəzərə alınaraq birgə müəssisələrin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və digər müxtəlif layihələrdə iştirakın da daxil olduğu gələcək birgə iqtisadi gündəliyin reallaşdırılması mövcud potensialın maksimum dərəcədə təmin edilməsi işinə xidmət edə bilər.Prezident İlham Əliyev Sultan Əhməd Əl Caberin ölkəmizə səfərinin uğurlu və səmərəli keçəcəyinə ümidvar olduğunu deyib.Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin Rəşid Al Maktumun və Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanın salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara və xoş arzulara görə minnətdarlığını bildirib, onun da salamlarını Məhəmməd bin Rəşid Al Maktuma və Məhəmməd bin Zayed Əl Nahyana çatdırmağı xahiş edib.Qonaq vurğulayıb ki, Məhəmməd bin Zayed Əl Nahyan ölkələrimiz arasında münasibətlərdə əldə edilmiş inkişafı yüksək qiymətləndirir, bu əlaqələrin önəmini xüsusi qeyd edir və tərəfdaşlığımızın daha da gücləndirilməsi əzmindədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441135722_383:0:1978:1196_1920x0_80_0_0_99324c29eefd151c40bdb39a2387570c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ilham, prezident ilham əliyev
ilham, prezident ilham əliyev
Prezident İlham Əliyev xüsusi nümayəndəni qəbul etdi
16:50 15.04.2022 (Yenilənib: 16:59 15.04.2022) Prezident İlham Əliyevin Sultan Əhməd Əl Caberi ilə görüşündə əməkdaşlığın daha da genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, "Masdar" şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Prezident İlham Əliyev bu yaxınlarda Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanla telefon danışığını xatırladaraq həmin söhbət zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyinin qeyd olunduğunu bildirib.
Bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimini xatırladan dövlət başçısı həmin layihənin gələn ilin sonuna yaxın işə düşəcəyinə ümidvarlığını ifadə edib. Prezident İlham Əliyev bu layihənin icrasını qarşılıqlı maraqların və imkanların təmin edilməsinin yaxşı nümunəsi kimi dəyərləndirib.
Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu nəzərə alınaraq birgə müəssisələrin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və digər müxtəlif layihələrdə iştirakın da daxil olduğu gələcək birgə iqtisadi gündəliyin reallaşdırılması mövcud potensialın maksimum dərəcədə təmin edilməsi işinə xidmət edə bilər.
Prezident İlham Əliyev Sultan Əhməd Əl Caberin ölkəmizə səfərinin uğurlu və səmərəli keçəcəyinə ümidvar olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin Rəşid Al Maktumun və Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanın salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara və xoş arzulara görə minnətdarlığını bildirib, onun da salamlarını Məhəmməd bin Rəşid Al Maktuma və Məhəmməd bin Zayed Əl Nahyana çatdırmağı xahiş edib.
Qonaq vurğulayıb ki, Məhəmməd bin Zayed Əl Nahyan ölkələrimiz arasında münasibətlərdə əldə edilmiş inkişafı yüksək qiymətləndirir, bu əlaqələrin önəmini xüsusi qeyd edir və tərəfdaşlığımızın daha da gücləndirilməsi əzmindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.