DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask “Twitter”in bütün səhmlərini almağa hazırdır

© AP Photo / Ringo H.W. Chiuİlon Mask
İlon Mask  - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
İlon Mask deyib ki, “Twitter”in bütün səhmləri yaxşı qiymətə almağa hazırdır və əgər şərti qəbul edilməzsə, onda səhmdar kimi mövqeyini yenidən nəzərdən keçirəcək.
BAKI, 15 aprel — Sputnik. "Twitter"in səhmdarı Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Təlal İlon Maskın sosial şəbəkənin səhmlərinin hamısını (100%) almaq təklifini rədd edib.

Səhmdar şəhzadə, bu məbləğin "Twitter"in real dəyəri ilə müqayisədə uyğunsuz olduğunu hesab edib.

Amerikalı sahibkar və dünyanın ən varlı adamı İlon Mask “Twitter”in bütün səhmlərinin hər birini 54,2 dollara almağa hazır olduğunu bəyan edib. Bu barədə onun ABŞ Qiymətli Kağızlar Komissiyasına təqdim etdiyi müraciətdə deyilir.
Ön satışlarda şirkətin səhmləri artıq 13% bahalaşıb.
“Sözügedən şəxs emitentə (Twitter - red.) emitentin dövriyyədə olan adi səhmlərinin hamısının alınması təklifini özündə əks etdirən məktub göndərib. Həmin şəxs bir səhmin dəyərini 54,2 dollar dəyərində qiymətləndirir”, - deyə məlumatda bildirilir.
Aprelin əvvəlində Mask "Twitter"in səhmlərinin 9,2%-nə malik olduğunu açıqlayıb.
“Mən “Twitter” səhmlərinin 100%-nin hər birini 54,20 dollar qiymətə, “Twitter”də sərmayə qoymazdan əvvəlki günlə müqayisədə 54% mükafatla və sərmayəmin ictimaiyyətə açıqlanmasından əvvəlki günlə müqayisədə 38% mükafatla almağı təklif edirəm. Təklifim ən yaxşı və qətidir. Əgər qəbul edilməzsə, o zaman səhmdar kimi mövqeyimi yenidən nəzərdən keçirməli olacağam”, - deyə Mask bəyanata əlavə edilən məktubda qeyd edib.
Bu arada ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, İlon Mask "Twitter"in yeni sahibi olsa belə, sözügedən sosial şəbəkəyə qayıtmaq planı yoxdur.

“Yəqin ki, bu məsələ mənim üçün maraqlı deyil” - Birləşmiş Ştatların keçmiş prezidenti "Americano Media"ya müsahibəsi zamanı deyib.

ABŞ-ın keçmiş prezidenti hesab edir ki, “Twitter artıq çox darıxdırıcı olub”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0