https://sputnik.az/20220415/guzestli-menzil-satisindaki-saxtakarliga-gore-neticeler-legv-olunacaqmi-441141914.html
"Güzəştli mənzil" satışındakı saxtakarlığa görə nəticələr ləğv olunacaqmı?
"Güzəştli mənzil" satışındakı saxtakarlığa görə nəticələr ləğv olunacaqmı?
Sputnik Azərbaycan
Osman Gündüz bildirib ki, əgər bu işdə MİDA-nın günahı üzə çıxarsa, onlar da məsuliyyətə cəlb olunmalıdır! 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T22:22+0400
2022-04-15T22:22+0400
2022-04-15T22:22+0400
mənzil
cəmiyyət
mida
mida” məhdud məsuliyyətli cəmiyyəti
dtx
https://cdnn1.img.sputnik.az/img/42161/33/421613300_0:160:3073:1888_1920x0_80_0_0_7374bcb8f1dac79d5dc440b548cef0c3.jpg
BAKI, 15 aprel — Sputnik. İKT üzrə ekspert Osman Gündüz Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil satışı sisteminə müdaxiləyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup şəxsi məsuliyyətə cəlb etməsinə münasibət bildirib. Sputnik Azərbaycan-a bu barədə məlumat verən ekspert bildirib ki, MİDA "Güzəştli mənzil" informasiya sisteminə müdaxilə müşahidə edib və bunun araşdırılması üçün DTX-ya özü müraciət edib:"Əgər MİDA özü müraciət edibsə, demək ki, "güzəştli mənzil" informasiya sisteminə ciddi müdaxilədən, qeyri-qanuni müdaxilədən söhbət gedir. Yəni, burada adi botlardan deyil, "güzəştli mənzil" sisteminin ilkin kodlarını sındırmaqla və ya hansısa daha "ağıllı" üsullarla sistemə müdaxilə baş verib. Sonuncu satışda narazı qalanların çoxunun proqramçılar olması onu deməyə əsas verirdi ki, MİDA tətbiq etdiyi ənənəvi təhlükəsizlikdən əlavə DEMO versiya ilə əsas versiyanın ilkin proqram kodlarını da dəyişib. Sistemin proqram təminatının ilkin kodları dəyişdirildikdən sonra sistemdən adi botlarla istifadə mümkünsüz olduğundan, paylaşılan məlumatda sistemə daxil olmaqdan və kompüter məlumatlarını dəyişdiyindən, düşünmək olar ki, bu da sistemə daha peşəkar üsullarla qeyri-qanuni müdaxilə olmasından xəbər verir".Ekspert bildirib ki, əgər MİDA "güzəştli mənzil" sisteminin DEMO versiyası ilə əsas versiyanın ilkin kodlarını satışdan bir gün öncə dəyişdirməyibsə, yəni öncədən adi bot yazanlar üçün də münbit şərait yaradıbsa, onda burada həm də MİDA-nın məsuliyyəti var: "Amma MİDA-nın araşdırma üçün özünün DTX-ya müraciət etməsi isə bunun elə də inandırıcı olmamasını göstərir".O.Gündüz nəticələrin ləğv olunması məsələsinə də toxunub."Düşünürəm ki, bu, DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər. Yəni müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı".Mütəxəssis həmçinin qeyd edib ki, MİDA bir daha sistemin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir. "Güzəştli mənzil" satışı sistemi ciddi olaraq yenilənməlidir.Məlumat üçün bildirək ki, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz hələ bu hadisə baş verməzdən öncə müəyyən təkliflər vermişdi.Təkliflərə hökumətin alternativ güzəştli mənzil satışı üsulu təklif etməsi, satışdan sonra MİDA-nın bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün "log" faylları açıqlaması, ən tez və ən gec satılan mənzillərlə bağlı "log" faylları ayrıca qeyd etməsi, sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumlarının açıqlama verməsi, süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklərin edilməsi, onlayn satış prosesinin sosial mediada və TV-də canlı yayımlanması daxil idi.Qeyd edək ki, bu gün DTX güzəştli mənzil satışında kənar müdaxilə ilə bağlı bir qrup şəxsi saxlayıb. Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fərhad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin "güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində "güzəştli mənzil" informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə edərək, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb ediliblər. Cinayət işi üzrə araşdırmalar davam edir.Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir.Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcək. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.Xatırladaq ki, martın 30-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 güzəştli mənzilin satışı zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8 939 nəfər olub. MİDA açıqlama yayaraq bildirib ki, seçilmiş 442 mənzilin 257-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.Məlumat üçün yada salaq ki, MİDA-nın satışa çıxartdığı 500-ə yaxın mənzilin 5 saniyəyə satılması ciddi sosial narazılığa səbəb olmuşdu.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220415/dtx-500-menzili-5-saniyeye-alan-proqramcilari-yaxaladi-441126202.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42161/33/421613300_170:0:2901:2048_1920x0_80_0_0_b440ef83bfaea9ee20520a82db93cccf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
mənzil, mida, mida” məhdud məsuliyyətli cəmiyyəti, dtx
mənzil, mida, mida” məhdud məsuliyyətli cəmiyyəti, dtx
"Güzəştli mənzil" satışındakı saxtakarlığa görə nəticələr ləğv olunacaqmı?
Osman Gündüz bildirib ki, əgər bu işdə MİDA-nın günahı üzə çıxarsa, onlar da məsuliyyətə cəlb olunmalıdır!
BAKI, 15 aprel — Sputnik. İKT üzrə ekspert Osman Gündüz Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil satışı sisteminə müdaxiləyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup şəxsi məsuliyyətə cəlb etməsinə münasibət bildirib. Sputnik Azərbaycan-a bu barədə məlumat verən ekspert bildirib ki, MİDA "Güzəştli mənzil" informasiya sisteminə müdaxilə müşahidə edib və bunun araşdırılması üçün DTX-ya özü müraciət edib:
"Əgər MİDA özü müraciət edibsə, demək ki, "güzəştli mənzil" informasiya sisteminə ciddi müdaxilədən, qeyri-qanuni müdaxilədən söhbət gedir. Yəni, burada adi botlardan deyil, "güzəştli mənzil" sisteminin ilkin kodlarını sındırmaqla və ya hansısa daha "ağıllı" üsullarla sistemə müdaxilə baş verib.
Sonuncu satışda narazı qalanların çoxunun proqramçılar olması onu deməyə əsas verirdi ki, MİDA tətbiq etdiyi ənənəvi təhlükəsizlikdən əlavə DEMO versiya ilə əsas versiyanın ilkin proqram kodlarını da dəyişib. Sistemin proqram təminatının ilkin kodları dəyişdirildikdən sonra sistemdən adi botlarla istifadə mümkünsüz olduğundan, paylaşılan məlumatda sistemə daxil olmaqdan və kompüter məlumatlarını dəyişdiyindən, düşünmək olar ki, bu da sistemə daha peşəkar üsullarla qeyri-qanuni müdaxilə olmasından xəbər verir".
Ekspert bildirib ki, əgər MİDA "güzəştli mənzil" sisteminin DEMO versiyası ilə əsas versiyanın ilkin kodlarını satışdan bir gün öncə dəyişdirməyibsə, yəni öncədən adi bot yazanlar üçün də münbit şərait yaradıbsa, onda burada həm də MİDA-nın məsuliyyəti var: "Amma MİDA-nın araşdırma üçün özünün DTX-ya müraciət etməsi isə bunun elə də inandırıcı olmamasını göstərir".
O.Gündüz nəticələrin ləğv olunması məsələsinə də toxunub.
"Düşünürəm ki, bu, DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər. Yəni müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı".
Mütəxəssis həmçinin qeyd edib ki, MİDA bir daha sistemin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir. "Güzəştli mənzil" satışı sistemi ciddi olaraq yenilənməlidir.
Məlumat üçün bildirək ki, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz hələ bu hadisə baş verməzdən öncə müəyyən təkliflər vermişdi.
Təkliflərə hökumətin alternativ güzəştli mənzil satışı üsulu təklif etməsi, satışdan sonra MİDA-nın bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün "log" faylları açıqlaması, ən tez və ən gec satılan mənzillərlə bağlı "log" faylları ayrıca qeyd etməsi, sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumlarının açıqlama verməsi, süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklərin edilməsi, onlayn satış prosesinin sosial mediada və TV-də canlı yayımlanması daxil idi.
Qeyd edək ki, bu gün DTX güzəştli mənzil satışında kənar müdaxilə ilə bağlı bir qrup şəxsi saxlayıb.
Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fərhad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin "güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində "güzəştli mənzil" informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə edərək, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.
Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb ediliblər. Cinayət işi üzrə araşdırmalar davam edir.
Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir.
Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcək. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, martın 30-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 güzəştli mənzilin satışı zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8 939 nəfər olub. MİDA açıqlama yayaraq bildirib ki, seçilmiş 442 mənzilin 257-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
Məlumat üçün yada salaq ki, MİDA-nın satışa çıxartdığı 500-ə yaxın mənzilin 5 saniyəyə satılması ciddi sosial narazılığa səbəb olmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.