https://sputnik.az/20220415/azerbaycanda-bu-xestexanalar-baglanir-441128807.html
Azərbaycanda bu xəstəxanalar bağlanır
Azərbaycanda bu xəstəxanalar bağlanır
Sputnik Azərbaycan
TƏBİB rəhbəri bildirib ki, bağlanan modul tipli xəstəxanalardakı tibbi avadanlıqlar yalnız dövlət xəstəxanalarına verilə bilər. 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T13:21+0400
2022-04-15T13:21+0400
2022-04-15T13:21+0400
azərbaycan
səhiyyə
təbib
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608682_0:160:3075:1890_1920x0_80_0_0_d972f7e79f0c352227bb751f6f0248de.jpg
BAKI, 15 aprel — Sputnik. Son günlər COVID-19-a yoluxanların sayındakı azalma ilə bəzi modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb. Bu məsələ oradakı tibbi avadanlıqların aqibətini gündəmə gətirir.Sputnik Azərbaycan-ın məlumatına görə, məsələyə münasibət bildirən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib ki, bağlanan modul tipli xəstəxanalardakı tibbi avadanlıqlar yalnız dövlət xəstəxanalarına verilə bilər.Onun sözlərinə görə, COVID-19-a yoluxmuş insanların müalicə edildiyi xəstəxanaların ənənəvi qaydada fəaliyyəti bərpa edilib.Vüqar Qurbanov TƏBİB-in tabeliyində olan tibb müəssisələrində mütəmadi şəkildə yoxlamaların aparıldığını bildirib. Səbəb isə baş verə biləcək neqativ halların qarşısını almaqdır.Qurum rəsmisi gələcəkdə icbari tibbi sığorta xidməti çərçivəsində vətəndaşların xəstəxananı istəklərinə uyğun seçə bilmək məsələsinə də aydınlıq gətirib.Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.Qeyd edək ki, 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Gəncə Modul, Kliniki Tibbi Mərkəzin pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb. Masallı və Sabirabad Rayon Mərkəzi xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası fəaliyyətini qismən davam etdirir.''Hal-hazırda bir sıra xəstəliklər üzrə əməliyyatlar məhz özəl xəstəxanalarda həyata keçirilir'', - deyə Vüqar Qurbanov vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220415/covid-pasportu-legv-edilecek---resmi-aciqlama-441126403.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608682_172:0:2903:2048_1920x0_80_0_0_c5a79a3917c51b5e96cfc42a6e770078.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, təbib
Azərbaycanda bu xəstəxanalar bağlanır
TƏBİB rəhbəri bildirib ki, bağlanan modul tipli xəstəxanalardakı tibbi avadanlıqlar yalnız dövlət xəstəxanalarına verilə bilər.
BAKI, 15 aprel — Sputnik. Son günlər COVID-19-a yoluxanların sayındakı azalma ilə bəzi modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb. Bu məsələ oradakı tibbi avadanlıqların aqibətini gündəmə gətirir.
Sputnik Azərbaycan-ın məlumatına görə, məsələyə münasibət bildirən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib ki, bağlanan modul tipli xəstəxanalardakı tibbi avadanlıqlar yalnız dövlət xəstəxanalarına verilə bilər.
Onun sözlərinə görə, COVID-19-a yoluxmuş insanların müalicə edildiyi xəstəxanaların ənənəvi qaydada fəaliyyəti bərpa edilib.
Vüqar Qurbanov TƏBİB-in tabeliyində olan tibb müəssisələrində mütəmadi şəkildə yoxlamaların aparıldığını bildirib. Səbəb isə baş verə biləcək neqativ halların qarşısını almaqdır.
Qurum rəsmisi gələcəkdə icbari tibbi sığorta xidməti çərçivəsində vətəndaşların xəstəxananı istəklərinə uyğun seçə bilmək məsələsinə də aydınlıq gətirib.
Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.
Qeyd edək ki, 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Gəncə Modul, Kliniki Tibbi Mərkəzin pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb. Masallı və Sabirabad Rayon Mərkəzi xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.
Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası fəaliyyətini qismən davam etdirir.
''Hal-hazırda bir sıra xəstəliklər üzrə əməliyyatlar məhz özəl xəstəxanalarda həyata keçirilir'', - deyə Vüqar Qurbanov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.