https://sputnik.az/20220415/azad-edilmis-erazilerle-bagli-nazirlikden-aciqlama-441128491.html
Azad edilmiş ərazilərlə bağlı Nazirlikdən açıqlama
Azad edilmiş ərazilərlə bağlı Nazirlikdən açıqlama
Sputnik Azərbaycan
Hərbçilərimizin çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparmasının təmin edilməsi məqsədi ilə Nazirlik müvafiq... 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T11:29+0400
2022-04-15T11:29+0400
2022-04-15T11:29+0400
azərbaycan
hərbi
müdafiə nazirliyi
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441128464_0:50:1001:613_1920x0_80_0_0_b0d9746a59e7dda0ff53cad3b2252a44.jpg
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur.Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektləri inşa edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.Bu tədbirlər çərçivəsində azad olunmuş ərazilərdə hərbi avtomobillərin daima işlək və saz vəziyyətdə saxlanılması məqsədilə texniki xidmət və təmir məntəqələri, eləcə də akkumulyator sexləri yaradılır. Müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə avtomobillərə texniki xidmətin və plana uyğun mövsümi qulluğun göstərilməsi üçün hər cür şərait mövcuddur.Texniki xidmət və təmir məntəqələrinə daxil olan avtomobil texnikalarında aşkar edilən nasazlıqlar təmir sexlərində qısa zaman ərzində aradan qaldırılaraq yenidən bölmələrin sərəncamına verilir.Avtomobil texnikalarının fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bu məntəqələr yüksək keyfiyyətli yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin mövsümi tələblərə uyğun daim istismara hazır vəziyyətdə olması təmin edilir.Bundan əlavə, bu məntəqələrdə sex rəisi, çilingər, qaynaq və yuyunma otaqları, həmçinin AKB sexi və ZT anbarı da var. AKB sexi akkumulyator batareyalarına texniki xidmətin göstərilməsi üçün suyun distillə olunması, AKB doldurulması və saxlanılması otaqlarından ibarətdir.Azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının gücləndirilməsi, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220415/minaya-dusenlerin-statistikasi-aciqlandi-441127561.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441128464_58:0:941:662_1920x0_80_0_0_fdff504752c659113ddcead21ab771a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, müdafiə nazirliyi, işğaldan azad edilmiş ərazilər
azərbaycan, müdafiə nazirliyi, işğaldan azad edilmiş ərazilər
Azad edilmiş ərazilərlə bağlı Nazirlikdən açıqlama
Hərbçilərimizin çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparmasının təmin edilməsi məqsədi ilə Nazirlik müvafiq tədbirlər görür.
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektləri inşa edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində azad olunmuş ərazilərdə hərbi avtomobillərin daima işlək və saz vəziyyətdə saxlanılması məqsədilə texniki xidmət və təmir məntəqələri, eləcə də akkumulyator sexləri yaradılır. Müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə avtomobillərə texniki xidmətin və plana uyğun mövsümi qulluğun göstərilməsi üçün hər cür şərait mövcuddur.
Texniki xidmət və təmir məntəqələrinə daxil olan avtomobil texnikalarında aşkar edilən nasazlıqlar təmir sexlərində qısa zaman ərzində aradan qaldırılaraq yenidən bölmələrin sərəncamına verilir.
Avtomobil texnikalarının fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bu məntəqələr yüksək keyfiyyətli yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.
Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin mövsümi tələblərə uyğun daim istismara hazır vəziyyətdə olması təmin edilir.
Bundan əlavə, bu məntəqələrdə sex rəisi, çilingər, qaynaq və yuyunma otaqları, həmçinin AKB sexi və ZT anbarı da var. AKB sexi akkumulyator batareyalarına texniki xidmətin göstərilməsi üçün suyun distillə olunması, AKB doldurulması və saxlanılması otaqlarından ibarətdir.
Azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının gücləndirilməsi, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.