https://sputnik.az/20220415/artiq-neft-emali-zavodu-her-il-temire-dayanmayacaq-441130536.html
Artıq Neft Emalı Zavodu hər il təmirə dayanmayacaq
Artıq Neft Emalı Zavodu hər il təmirə dayanmayacaq
Sputnik Azərbaycan
NEZ-in istehsal gücünün artırılması ölkənin “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma... 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T12:23+0400
2022-04-15T12:23+0400
2022-04-15T12:23+0400
neft emalı zavodu
iqtisadiyyat
təmir
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436780105_0:103:2000:1228_1920x0_80_0_0_94680bc2ffb8f30773b12f80b14c4554.jpg
BAKI, 15 aprel — Sputnik. Artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək.Bunu SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini Emil Alxaslı deyib.Bildirilib ki, NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir:"Aprelin 4-dən etibarən NEZ təmirə dayandırılıb. 2022-ci ildə əsaslı təmirə dayanma işlərinin uğurla icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək. Bir neçə ildən sonra isə təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub".Ölkədaxili tələbat tam həcmdə təmin ediləcəkXatırladaq ki, NEZ-in istehsal gücünün artırılması, ölkənin “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir.Əsaslı təmir müddəti ərzində respublikanın mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR lazımi tədbirlər görüb.Ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək.Bu ilin fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir.Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220414/prezident-lham-eliyev-yeni-neft-sazisini-tesdiqleyib-441107645.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436780105_114:0:1887:1330_1920x0_80_0_0_6bfbd0b37731de5ed2d03730ced9340e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft emalı zavodu, təmir
Artıq Neft Emalı Zavodu hər il təmirə dayanmayacaq
NEZ-in istehsal gücünün artırılması ölkənin “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi məqsədlərinə xidmət edir.
BAKI, 15 aprel — Sputnik. Artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək.
Bunu SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini Emil Alxaslı deyib.
Bildirilib ki, NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir:
"Aprelin 4-dən etibarən NEZ təmirə dayandırılıb. 2022-ci ildə əsaslı təmirə dayanma işlərinin uğurla icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək. Bir neçə ildən sonra isə təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub".
Ölkədaxili tələbat tam həcmdə təmin ediləcək
Xatırladaq ki, NEZ-in istehsal gücünün artırılması, ölkənin “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.
2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir.
Əsaslı təmir müddəti ərzində respublikanın mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR lazımi tədbirlər görüb.
Ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək.
Bu ilin fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir.
Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.