https://sputnik.az/20220414/yevdokimov-qerb-aciq-sekilde-mdb-de-inteqrasiyani-pozmaga-calisir-441101188.html
Yevdokimov: Qərb açıq şəkildə MDB-də inteqrasiyanı pozmağa çalışır
Yevdokimov: Qərb açıq şəkildə MDB-də inteqrasiyanı pozmağa çalışır
Sputnik Azərbaycan
RF XİN MDB ölkələri üzrə birinci departamentinin direktorunun fikrincə, Ukraynanın Birlik çərçivəsində fəaliyyətin göstərməsinə maneə mövcud deyil. 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T15:27+0400
2022-04-14T15:27+0400
2022-04-14T15:35+0400
siyasət
mdb
mdb
avrasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427067834_0:0:3001:1688_1920x0_80_0_0_9e89ba198515bcc1ce18950b4913b5f3.jpg
BAKI, 14 aprel — Sputnik. Qərb ölkələri MDB daxilində inteqrasiya proseslərinə xələl gətirməyə çalışır. Bu səbəbdən Birlik ölkələri təhlükəsizliyin təmin edilməsi ilə bağlı mexanizmləri tənzimləməlidir.Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov bu, həmçinin, Ukraynanın birliyin işində iştiraka qayıtması perspektivləri, təhlükəsizlik və xarici sərhədlərin mühafizəsi sahəsində dövlətlərarası əməkdaşlıq mexanizmləri barədə RİA Novosti-yə müsahibəsində bildirib.- Ukraynanın MDB strukturlarında iştirakının hazırkı formatını və perspektivlərini necə xarakterizə edərdiniz?- Ukrayna MDB-nin üzvü olmaqda davam edir, onun Birlik çərçivəsində fəaliyyətinə heç bir maneə yoxdur. Bununla belə, 2014-cü ildən Kiyev təşkilatdakı fəaliyyətini məhdudlaşdırmaq kursunu götürüb - o, Birliyin ali nizamnamə orqanlarının iclaslarında iştirak etmir, öz nümayəndələrini MDB İcraiyyə komitəsindəki kvota vəzifələrindən geri çağırıb. Üstəlik, Ukrayna MDB-nin nəzdində olan və Minskdə qərarlaşan missiyasını bağlayıb. Ukrayna üçün praktiki maraq kəsb etməyən çoxtərəfli sazişlər ardıcıl olaraq ləğv edilir. İndi Ukraynanın MDB-nin işlərindəki iştirakı perspektivləri ilə bağlı hər hansı proqnoz vermək çətindir. Bu məsələ, göründüyü kimi, Kiyev hakimiyyətinin siyasi iradəsindən asılıdır.- Bu il MDB Xarici İşlər Nazirləri Şurasının iclasları nə vaxt keçiriləcək? Gündəliyə hansı məsələlər daxil ediləcək? Ukraynadakı vəziyyəti müzakirə etməyi planlaşdırırsınızmı?- MDB Xarici İşlər Nazirləri Şurasının iclasları ənənəvi olaraq ildə iki dəfə keçirilir. Növbəti görüşün, təxminən, mayın 13-də Düşənbədə, payız görüşünün isə oktyabrın 13-də Nur-Sultanda keçirilməsi nəzərdə tutulur.Yaz toplantısının gündəliyi kifayət qədər sıxdır. Nazirlərin Birlik çərçivəsində qarşılıqlı fəaliyyətin geniş spektri üzrə fikir mübadiləsi aparacaqları, aktual beynəlxalq və regional mövzuları, o cümlədən, əlbəttə ki, Ukraynadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.Bundan əlavə, 2021-ci ildə iki mühüm sənədin - MDB çərçivəsində Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planının və Birlik ölkələrinin xarici işlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşdırılması üzrə Fəaliyyət Proqramının icrasına yekun vurulması planlaşdırılır.Mədəni-humanitar istiqamətdə inteqrasiya əlaqələrinin gücləndirilməsi məqsədi ilə “MDB-nin Gənclər Paytaxtı” Beynəlxalq layihəsinin icrasına başlanması haqqında qərarın qəbulu gözlənilir. Həmçinin elmi fəaliyyət və turizmin inkişafı ilə bağlı bir sıra qərarların qəbulu gözlənilir.- Bu il biz bütün MDB ölkələri ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu müddət ərzində Birlik çərçivəsində qurulan əməkdaşlıq baxımından yubiley tarixinə hansı uğurlarla yaxınlaşırıq?- Keçən ilin sonu və bu ilin əvvəli həqiqətən də bir sıra mühüm xarici siyasət hadisələri ilə yadda qaldı. Söhbət təkcə Rusiya ilə MDB ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyindən deyil, həm də 2021-ci ilin dekabrında qeyd etdiyimiz Birliyin özünün yubileyindən gedir.Mövcud olduğu 30 il ərzində Birlik nəinki populyar siyasi dialoq platformasına çevrilib, həm də praktiki fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək böyük yol keçib.Rusiyanın MDB məkanında üstünlük verdiyi istiqamətlərdən biri xarici siyasət koordinasiyasını gücləndirməkdir.Birlik çərçivəsində hər il aktual beynəlxalq mövzular üzrə birgə mövqe sənədləri qəbul edilir.2021-ci ildə Rusiyanın təşəbbüsü ilə bir sıra - beynəlxalq hüququn rolunun gücləndirilməsi, biotəhlükəsizlik sahəsində əməkdaşlıq, miqrasiya sahəsində, vətəndaşların seçki hüquqlarının qorunması və seçki suverenliyinin təmin edilməsi və s. belə bəyanatlar təsdiq edilib.Bugünkü çətin geosiyasi və iqtisadi vəziyyətdə, ənənəvi təhdid və çağırışların artdığı, eyni zamanda yeni təhdid və çağırışların meydana çıxması şəraitində Birliyin keçmiş sovet respublikaları arasında əsas dialoq platforması, daha təkmilləşmiş inteqrasiya birliklərinin inkişafı üçün platforma olaraq qalması faktı belə birgə inkişaf modelinin həqiqətən uğurlu olduğunu göstərir.Hazırkı şəraitdə MDB çərçivəsində formalaşmış təhlükəsizlik və xarici sərhədlərin mühafizəsi sahəsində dövlətlərarası əməkdaşlıq mexanizmləri xüsusi əhəmiyyət kəsb edir. Məlum səbəblərə görə, bu əməkdaşlıq sahəsi ən az ictimai sahədir, lakin onun əhəmiyyəti durmadan artır.Qərb birmənalı şəkildə Birlik məkanındakı inteqrasiya proseslərinə xələl gətirməyə çalışır. Bu vəziyyətdə MDB-də mövcud təhlükəsizlik mexanizmlərinin müasir reallıqlara uyğunlaşdırılması, Birlik çərçivəsində işin KTMT (kollektiv təhlükəsizlik barədə müqavilə təşkilatı) və ŞƏT (Şanxay əlaqələndirmə təşkilatı) ilə əlaqələndirilməsi xüsusilə vacibdir. Bu cür tədbirlər davam etdirilir. Ancaq burada çevik və yaradıcı olmaq, hər hansısa bir formatla məhdudlaşmamaq, onların hər birinin ən təsirli təcrübələrini tətbiq etmək vacibdir.Hərbi sahədə əməkdaşlıq mexanizmlərinin - MDB-nin vahid hava hücumundan müdafiə sistemi, Birlik ölkələrinin silahlı qüvvələrinin vahid rabitə sistemi, Vahid Dövlət Radar İdentifikasiyası Sisteminin inkişafı davam edir. MDB ölkələrinin müdafiə təşkilatları birgə təlimlər, yarışlar, təlim-məşq toplanışları və komanda-qərargah hazırlığı keçirirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220102/bu-il-mdb-nin-medeniyyet-paytaxti-hansi-seher-olacaq-437818409.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427067834_134:0:2801:2000_1920x0_80_0_0_3c58cd0dbc60cea118292c21004d6a33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mdb, mdb, avrasiya
Yevdokimov: Qərb açıq şəkildə MDB-də inteqrasiyanı pozmağa çalışır
15:27 14.04.2022 (Yenilənib: 15:35 14.04.2022) RF XİN MDB ölkələri üzrə birinci departamentinin direktorunun fikrincə, Ukraynanın Birlik çərçivəsində fəaliyyətin göstərməsinə maneə mövcud deyil.
BAKI, 14 aprel — Sputnik. Qərb ölkələri MDB daxilində inteqrasiya proseslərinə xələl gətirməyə çalışır. Bu səbəbdən Birlik ölkələri təhlükəsizliyin təmin edilməsi ilə bağlı mexanizmləri tənzimləməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov bu, həmçinin, Ukraynanın birliyin işində iştiraka qayıtması perspektivləri, təhlükəsizlik və xarici sərhədlərin mühafizəsi sahəsində dövlətlərarası əməkdaşlıq mexanizmləri barədə RİA Novosti-yə müsahibəsində bildirib.
- Ukraynanın MDB strukturlarında iştirakının hazırkı formatını və perspektivlərini necə xarakterizə edərdiniz?
- Ukrayna MDB-nin üzvü olmaqda davam edir, onun Birlik çərçivəsində fəaliyyətinə heç bir maneə yoxdur. Bununla belə, 2014-cü ildən Kiyev təşkilatdakı fəaliyyətini məhdudlaşdırmaq kursunu götürüb - o, Birliyin ali nizamnamə orqanlarının iclaslarında iştirak etmir, öz nümayəndələrini MDB İcraiyyə komitəsindəki kvota vəzifələrindən geri çağırıb. Üstəlik, Ukrayna MDB-nin nəzdində olan və Minskdə qərarlaşan missiyasını bağlayıb. Ukrayna üçün praktiki maraq kəsb etməyən çoxtərəfli sazişlər ardıcıl olaraq ləğv edilir. İndi Ukraynanın MDB-nin işlərindəki iştirakı perspektivləri ilə bağlı hər hansı proqnoz vermək çətindir. Bu məsələ, göründüyü kimi, Kiyev hakimiyyətinin siyasi iradəsindən asılıdır.
- Bu il MDB Xarici İşlər Nazirləri Şurasının iclasları nə vaxt keçiriləcək? Gündəliyə hansı məsələlər daxil ediləcək? Ukraynadakı vəziyyəti müzakirə etməyi planlaşdırırsınızmı?
- MDB Xarici İşlər Nazirləri Şurasının iclasları ənənəvi olaraq ildə iki dəfə keçirilir. Növbəti görüşün, təxminən, mayın 13-də Düşənbədə, payız görüşünün isə oktyabrın 13-də Nur-Sultanda keçirilməsi nəzərdə tutulur.
Yaz toplantısının gündəliyi kifayət qədər sıxdır. Nazirlərin Birlik çərçivəsində qarşılıqlı fəaliyyətin geniş spektri üzrə fikir mübadiləsi aparacaqları, aktual beynəlxalq və regional mövzuları, o cümlədən, əlbəttə ki, Ukraynadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.
Bundan əlavə, 2021-ci ildə iki mühüm sənədin - MDB çərçivəsində Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planının və Birlik ölkələrinin xarici işlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşdırılması üzrə Fəaliyyət Proqramının icrasına yekun vurulması planlaşdırılır.
Mədəni-humanitar istiqamətdə inteqrasiya əlaqələrinin gücləndirilməsi məqsədi ilə “MDB-nin Gənclər Paytaxtı” Beynəlxalq layihəsinin icrasına başlanması haqqında qərarın qəbulu gözlənilir. Həmçinin elmi fəaliyyət və turizmin inkişafı ilə bağlı bir sıra qərarların qəbulu gözlənilir.
- Bu il biz bütün MDB ölkələri ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu müddət ərzində Birlik çərçivəsində qurulan əməkdaşlıq baxımından yubiley tarixinə hansı uğurlarla yaxınlaşırıq?
- Keçən ilin sonu və bu ilin əvvəli həqiqətən də bir sıra mühüm xarici siyasət hadisələri ilə yadda qaldı. Söhbət təkcə Rusiya ilə MDB ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyindən deyil, həm də 2021-ci ilin dekabrında qeyd etdiyimiz Birliyin özünün yubileyindən gedir.
Mövcud olduğu 30 il ərzində Birlik nəinki populyar siyasi dialoq platformasına çevrilib, həm də praktiki fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək böyük yol keçib.
Rusiyanın MDB məkanında üstünlük verdiyi istiqamətlərdən biri xarici siyasət koordinasiyasını gücləndirməkdir.
Birlik çərçivəsində hər il aktual beynəlxalq mövzular üzrə birgə mövqe sənədləri qəbul edilir.
2021-ci ildə Rusiyanın təşəbbüsü ilə bir sıra - beynəlxalq hüququn rolunun gücləndirilməsi, biotəhlükəsizlik sahəsində əməkdaşlıq, miqrasiya sahəsində, vətəndaşların seçki hüquqlarının qorunması və seçki suverenliyinin təmin edilməsi və s. belə bəyanatlar təsdiq edilib.
Bugünkü çətin geosiyasi və iqtisadi vəziyyətdə, ənənəvi təhdid və çağırışların artdığı, eyni zamanda yeni təhdid və çağırışların meydana çıxması şəraitində Birliyin keçmiş sovet respublikaları arasında əsas dialoq platforması, daha təkmilləşmiş inteqrasiya birliklərinin inkişafı üçün platforma olaraq qalması faktı belə birgə inkişaf modelinin həqiqətən uğurlu olduğunu göstərir.
Hazırkı şəraitdə MDB çərçivəsində formalaşmış təhlükəsizlik və xarici sərhədlərin mühafizəsi sahəsində dövlətlərarası əməkdaşlıq mexanizmləri xüsusi əhəmiyyət kəsb edir. Məlum səbəblərə görə, bu əməkdaşlıq sahəsi ən az ictimai sahədir, lakin onun əhəmiyyəti durmadan artır.
Qərb birmənalı şəkildə Birlik məkanındakı inteqrasiya proseslərinə xələl gətirməyə çalışır. Bu vəziyyətdə MDB-də mövcud təhlükəsizlik mexanizmlərinin müasir reallıqlara uyğunlaşdırılması, Birlik çərçivəsində işin KTMT (kollektiv təhlükəsizlik barədə müqavilə təşkilatı) və ŞƏT (Şanxay əlaqələndirmə təşkilatı) ilə əlaqələndirilməsi xüsusilə vacibdir. Bu cür tədbirlər davam etdirilir. Ancaq burada çevik və yaradıcı olmaq, hər hansısa bir formatla məhdudlaşmamaq, onların hər birinin ən təsirli təcrübələrini tətbiq etmək vacibdir.
Hərbi sahədə əməkdaşlıq mexanizmlərinin - MDB-nin vahid hava hücumundan müdafiə sistemi, Birlik ölkələrinin silahlı qüvvələrinin vahid rabitə sistemi, Vahid Dövlət Radar İdentifikasiyası Sisteminin inkişafı davam edir. MDB ölkələrinin müdafiə təşkilatları birgə təlimlər, yarışlar, təlim-məşq toplanışları və komanda-qərargah hazırlığı keçirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.