QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşanın işıq problemi həll olunur, əgər relyef imkan versə

© Sputnik / Rahim MuradovElektrik yarımstansiyası, arxiv şəkli
Elektrik yarımstansiyası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Şuşada yerüstü elektrik xətləri ləğv ediləcək, onlar beton tunellərlə yer altına keçiriləcək. Çünki onun relyefi bəzən naqillərdə qəzaya səbəb olur.
BAKI, 14 aprel — Sputnik. Şuşa şəhərində inşası nəzərdə tutulan 35/04 kVt-luq 9 elektrik yarımstansiyasından 6-nın tikintisi yekunlaşmaq üzrədir. Digər 3 yarımstansiya isə növbəti mərhələdə inşa ediləcək.
Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətini rəhbəri Vaqif Aydınoğlu deyib. O bildirib ki, Şuşa işğaldan azad edildikdən dərhal sonra ölkə prezidentinin tapşırığına uyğun olaraq ötən il yanvarın 7-də şəhər elektrik enerjisi ilə təmin edildi. Növbəti iş tələbata uyğun müasir elektrik şəbəkəsinin qurulması idi. Mövcud şəbəkə əvvəlki vaxtlardan qalma 48 ədəd köhnə transfarmator məntəqəsindən ibarət idi və dairəvi deyildi. Odur ki, yeni və müasir yarımstansiyaların tikintisinə qərar verildi.
Bundan başqa, "Azərişıq" rəsmisinin sözlərinə görə, Şuşada yerüstü elektrik xətləri ləğv ediləcək: "Ənənəvi xətlər artıq tarixə qovuşacaq. Çünki şəhərdə elektrik naqilləri beton tunellər vasitəsilə tamamilə yer altına keçirilir. Yeni şəbəkə izolyasiyalı kabellər vasitəsilə çəkilir".
"Şuşa şəhəri dağlıq ərazidə yerləşdiyinə görə, hava şəraitinin qeyri-sabit olması, şaxtalı keçməsi ənənəvi naqillərdə bəzən qəzalara səbəb olur. Amma bu halda qəza ehtimalı demək olar 0-dır. Bunun şəhərin estetik görünüşü baxımından da üstünlüyü var", - deyə o, Report-a bildirib.
V.Aydınoğlu Şuşadakı rəqəmsal idarəetmə mərkəzi barədə də məlumat verərək deyib ki, bu sistem postsovet məkanında ilk dəfədir tətbiq olunur. Rəqəmsal idarəetmə mərkəzi ilə nəinki yüksək gərginlikli xətlər, eyni zamanda vətəndaşın evinə qədər olan elektrik axını nəzarətdə saxlanılır və elektrik enerji təsərrüfatı idarə olunur:
"Sayğacı şəbəkədən ayırmaq lazım gəldikdə ora nəzarətçinin getməsinə ehtiyac olmur. Monitor qarşısında oturan operator vasitəsilə sayğac şəbəkədən ayrılır və yaxud şəbəkəyə qoşulur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
İşıq dirəyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.04.2022
CƏMİYYƏT
"Azərişıq" Qarabağda nə qədər abunəçiyə işıq verir?
Xəbər lenti
0