https://sputnik.az/20220414/azerisiq-qarabagda-ne-qeder-abuneciye-isiq-verir--441116164.html
"Azərişıq" Qarabağda nə qədər abunəçiyə işıq verir?
"Azərişıq" Qarabağda nə qədər abunəçiyə işıq verir?
Sputnik Azərbaycan
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib ki, işğaldan azad edilmiş bütün rayon mərkəzlərində xüsusi dövlət əhəmiyyətli obyektlərə... 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T19:12+0400
2022-04-14T19:12+0400
2022-04-14T19:12+0400
cəmiyyət
qarabağ
"azərişıq"
"azərişıq" asc
https://cdnn1.img.sputnik.az/img/42429/44/424294467_0:157:3081:1890_1920x0_80_0_0_3c2f4cfa3aa17683ff76dc369af2e990.jpg
BAKI, 14 aprel - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə "Azərişıq" ASC-nin 600-dən çox abunəçisi var.Bunu səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib."Bu say getdikcə artır. Təkcə Şuşa şəhərində isə 250-dən çox abunəçi qeydiyyatdan keçib. Söhbət həm əhali, həm də qeyri-əhali abunəçilərdən gedir", - deyə o, qeyd edib."Azərişıq" rəsmisinin sözlərinə görə, Şuşa da daxil olmaqla Qarabağda şirkətlər fəaliyyət göstərir. Onların işini asanlaşdırmaq üçün daim yeni enerji mənbələri yaradılır, xətlər yenilənir. "Hazırda bizim Kəlbəcərdə və Laçın dəhlizində işlərimiz gedir. Laçında müvafiq qurumların binalarını, hərbi hissələri elektrik enerjisi ilə təmin etmək üçün işlər aparırıq. Eyni zamanda Zəngilanda tikilən hava limanını, rayonun Ağalı kəndini elektrik enerjisi ilə təmin etmək üçün işlərimiz gedir. Hardrutda və Füzulidə yeni yarımstansiyamız tikilir. İşğaldan azad edilmiş bütün rayon mərkəzlərində xüsusi dövlət əhəmiyyətli obyektlər bu gün Aəzrbaycan işığı ilə təmin olunur" - deyə V.Aydınoğlu əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42429/44/424294467_174:0:2905:2048_1920x0_80_0_0_d6136e82765cb00a0b6c6935e7be5b8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, "azərişıq", "azərişıq" asc
qarabağ, "azərişıq", "azərişıq" asc
"Azərişıq" Qarabağda nə qədər abunəçiyə işıq verir?
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib ki, işğaldan azad edilmiş bütün rayon mərkəzlərində xüsusi dövlət əhəmiyyətli obyektlərə işıq verilir.
BAKI, 14 aprel - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə "Azərişıq" ASC-nin 600-dən çox abunəçisi var.
Bunu səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
"Bu say getdikcə artır. Təkcə Şuşa şəhərində isə 250-dən çox abunəçi qeydiyyatdan keçib. Söhbət həm əhali, həm də qeyri-əhali abunəçilərdən gedir", - deyə o, qeyd edib.
"Azərişıq" rəsmisinin sözlərinə görə, Şuşa da daxil olmaqla Qarabağda şirkətlər fəaliyyət göstərir. Onların işini asanlaşdırmaq üçün daim yeni enerji mənbələri yaradılır, xətlər yenilənir.
"Hazırda bizim Kəlbəcərdə və Laçın dəhlizində işlərimiz gedir. Laçında müvafiq qurumların binalarını, hərbi hissələri elektrik enerjisi ilə təmin etmək üçün işlər aparırıq. Eyni zamanda Zəngilanda tikilən hava limanını, rayonun Ağalı kəndini elektrik enerjisi ilə təmin etmək üçün işlərimiz gedir. Hardrutda və Füzulidə yeni yarımstansiyamız tikilir. İşğaldan azad edilmiş bütün rayon mərkəzlərində xüsusi dövlət əhəmiyyətli obyektlər bu gün Aəzrbaycan işığı ilə təmin olunur" - deyə V.Aydınoğlu əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!