Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qaxa 17 sm hündürlükdə qar yağıb - FAKTİKİ HAVA

© Sputnik / Ibrahim HashimovŞimal-qərb bölgəsinə güclü qar yağıb
Şimal-qərb bölgəsinə güclü qar yağıb - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Daşkəsəndə 9.0 mm, Kişçayda (Şəki) 8.0 mm qar yağıb
BAKI, 14 aprel — Sputnik. Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 14-ü saat 10:00-a olan məlumata əsasən bəzi şimal və qərb rayonlarında hava şəraiti yağıntılı olub.
Sarıbaşda 23.0 mm, Daşkəsəndə 9.0 mm, Kişçayda (Şəki) 8.0 mm, Göygöldə 5.0 mm, Gədəbəydə 2.0 mm qar yağıb.
Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 17 sm, Daşkəsəndə 15 sm, Göygöldə 4 sm olub.
Şəkidə 10.0 mm, Tovuzda 6.0 mm, Balakən, Zaqatalada 5.0 mm, Ağstafa, Naftalanda 3.0 mm, Gədəbəy, Gəncədə 2.0 mm, Şəmkir, Ceyrançöl, Ağdam, Oğuz, Tərtər, Qəbələ, Mingəçevir, Yevlax, Şahdağda 1.0 mm-dək yağış yağıb.
Buludlu - Sputnik Azərbaycan, 1920, 12.04.2022
HADİSƏ
Sabah hava dəyişkən buludlu olacaq - Proqnoz
Aprelin 13-ü gün ərzində şimal-qərb küləyi Ağdamda 22 m/s, digər rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında 15-20 m/s külək qeydə alınıb.
Aprelin 14-də gün ərzində mülayim cənub-şərq küləyi əsəcək, 15-16-da isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Xəbər lenti
0