https://sputnik.az/20220414/pandemiya-basa-catir-441068659.html
Pandemiya başa çatır?
Pandemiya başa çatır?
Sputnik Azərbaycan
Artıq ardıcıl olaraq üçüncü həftədir COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayında azalma baş verir. 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T06:32+0400
2022-04-14T06:32+0400
2022-04-14T06:32+0400
pandemiya
dünya xəbərləri
koronavirus
üst
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427083234_0:0:3073:1728_1920x0_80_0_0_80fb21d43f1a123029a8edcc1dece3af.jpg
BAKI, 14 aprel — Sputnik. Ötən həftə dünyada COVID-19 infeksiyasına 7 milyondan çox yoluxma halı aşkar edilib ki, bu da öncəki həftə ilə müqayisədə 24 faiz azdır. Həmçinin həftə ərzində ölüm hallarının sayı da 18 faiz azalaraq 22 min nəfər təşkil edib.Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində yer alıb."Aprelin 4-dən 10-dək COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı öncəki həftə ilə müqayisədə 24 faiz, ölənlərin sayı isə 18 faiz azalıb. Həftə ərzində Ümumdünya Səhiyyə Təşkilatına 7 milyon 221 min 651 yoluxma və 22 min 336 ölüm faktı barədə məlumat daxil olub", - deyə sənəddə bildirilir.Həmçinin, qeyd olunur ki, artıq ardıcıl olaraq üçüncü həftədir COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayında azalma baş verir.Ötən həftə ÜST-ün altı regionunun hamısında yoluxma hallarında azalma müşahidə olunub. Bu, əsasən Avropada (26 faiz) özünü daha qabarıq göstərib. Həmçinin bütün regionlarda, xüsusən Afrikada (73 faiz) və Qərbi-Sakit Okean regionunda (21 faiz) ölüm hallarının sayında azalma müşahidə olunub.Həftə ərzində ən çox yoluxma Koreya Respublikasında baş verib – 1 milyon 459 min 454 nəfər. Bu göstəriciyə görə Şimali Koreyanın ardından Almaniya (1 milyon 19 min 649 nəfər) və Fransa (927 min 73 nəfər) gəlir. Son yeddi gündə ən çox ölüm halı ABŞ-da qeydə alınıb – 3 min 682 nəfər. Ölüm hallarının həftəlik miqdarına görə ilk üçlüyə, həmçinin Koreya Respublikası (2 min 186 nəfər) və Rusiya (2 min 8 nəfər) daxildir.Xatırladaq ki, ÜST 2020-ci ilin mart ayında COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib. İndiyədək dünyada koronavirusa 501 milyon 188 min yoluxma halı qeydə alınıb, virus səbəbindən 6 milyon 209 min 741 nəfər həyatını itirib, 451 milyon 374 min nəfər isə sağalıb.Azərbaycanda son sutkada koronavirusdan ölən olmayıbDünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən yoxdur.İndiyədək ölkədə ümumilikdə 792289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782375 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib. 211 nəfər aktiv xəstə sayını təşkil edib.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4775, bu günə qədər isə ümumilikdə 6 750 860 test icra olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220412/omikron-stamminin-yeni-altnovu-yaponiyaya-da-catdi-441008316.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427083234_0:0:2731:2048_1920x0_80_0_0_69ca5f6d30ca9adf761839f824d9727d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pandemiya, koronavirus, üst
pandemiya, koronavirus, üst
Pandemiya başa çatır?
Artıq ardıcıl olaraq üçüncü həftədir COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayında azalma baş verir.
BAKI, 14 aprel — Sputnik. Ötən həftə dünyada COVID-19 infeksiyasına 7 milyondan çox yoluxma halı aşkar edilib ki, bu da öncəki həftə ilə müqayisədə 24 faiz azdır. Həmçinin həftə ərzində ölüm hallarının sayı da 18 faiz azalaraq 22 min nəfər təşkil edib.
Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində yer alıb.
"Aprelin 4-dən 10-dək COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı öncəki həftə ilə müqayisədə 24 faiz, ölənlərin sayı isə 18 faiz azalıb. Həftə ərzində Ümumdünya Səhiyyə Təşkilatına 7 milyon 221 min 651 yoluxma və 22 min 336 ölüm faktı barədə məlumat daxil olub", - deyə sənəddə bildirilir.
Həmçinin, qeyd olunur ki, artıq ardıcıl olaraq üçüncü həftədir COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayında azalma baş verir.
Ötən həftə ÜST-ün altı regionunun hamısında yoluxma hallarında azalma müşahidə olunub. Bu, əsasən Avropada (26 faiz) özünü daha qabarıq göstərib. Həmçinin bütün regionlarda, xüsusən Afrikada (73 faiz) və Qərbi-Sakit Okean regionunda (21 faiz) ölüm hallarının sayında azalma müşahidə olunub.
Həftə ərzində ən çox yoluxma Koreya Respublikasında baş verib – 1 milyon 459 min 454 nəfər. Bu göstəriciyə görə Şimali Koreyanın ardından Almaniya (1 milyon 19 min 649 nəfər) və Fransa (927 min 73 nəfər) gəlir. Son yeddi gündə ən çox ölüm halı ABŞ-da qeydə alınıb – 3 min 682 nəfər. Ölüm hallarının həftəlik miqdarına görə ilk üçlüyə, həmçinin Koreya Respublikası (2 min 186 nəfər) və Rusiya (2 min 8 nəfər) daxildir.
Xatırladaq ki, ÜST 2020-ci ilin mart ayında COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib. İndiyədək dünyada koronavirusa 501 milyon 188 min yoluxma halı qeydə alınıb, virus səbəbindən 6 milyon 209 min 741 nəfər həyatını itirib, 451 milyon 374 min nəfər isə sağalıb.
Azərbaycanda son sutkada koronavirusdan ölən olmayıb
Dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən yoxdur.
İndiyədək ölkədə ümumilikdə 792289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782375 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib. 211 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4775, bu günə qədər isə ümumilikdə 6 750 860 test icra olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.