SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik edib

© AFP 2024 / AAMIR QURESHIPakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Azərbaycan prezidenti təbrik məktubunda iki ölkə arasındakı əlaqələrdən məmnunluğunu ifadə edib.
BAKI, 14 aprel — Sputnik. Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Baş nazir,
Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə cansağlığı, xoşbəxtlik, qardaş Pakistan İslam Respublikasının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
Xatırladaq ki, aprelin 3-də Pakistanda siyasi böhran müşahidə olunmağa başlayıb. Həmin tarixdə müxalifət hökümətə etimadsızlıq üzrə dinləmələr keçirmək istəsə də, hakim partiya bunu ertələyə bilib.
Bazar gününə keçən gecə isə müxalifət istədiyi qərarı qəbul etdirib. Lakin İmran Xan onu qeyri-qanuni adlandırıb və tərəfdarlarını küçələrə çıxaraq etiraz etməyə, çevrilişə imkan verməməyə çağırıb. Pakistan parlamenti Baş nazirə etimadsızlıq təklifini rədd edib. Müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.
Sabiq baş nazir əleyhdarları tərəfindən ölkədə inflyasiyaya nəzarət edə bilməməkdə ittiham edilib.
Qeyd edək ki, aprelin 4-də Azərbaycanın yaxın dostu İmran Xan Pakistanın Baş naziri postundan istefa verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0