SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Albaniyanın Baş naziri ilə nə danışıb?

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin Albaniyanın Baş naziri ilə görüşüb
İlham Əliyevin Albaniyanın Baş naziri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Azərbaycanın dövlət başçısı bildirib ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür.
BAKI, 14 aprel - Sputnik. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Görüşdə Albaniyanın Baş nazirini salamlayan Prezident İlham Əliyev deyib ki, bu, gündəlikdə duran bir çox vacib məsələləri müzakirə etmək üçün olduqca yaxşı fürsətdir.
"Sizin səfəriniz ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyəsini bir daha nümayiş etdirir. Biz dəfələrlə görüşmüşük, bir çox hallarda telefon əlaqəsi yaradırıq. Eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində də bir-birimizi görmək imkanından hər zaman istifadə edirik", - Əliyev deyib.
Prezident əmin olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrə yeni təkan verəcək:
"Biz regional inkişaf və dünyanın gündəliyində olan başlıca məsələləri müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə gəldikdə, mən məlumatla tanış oldum və əlbəttə ki, biz ticarət dövriyyəmizin artırılması üzərində çalışmalıyıq. Rəqəm olduqca kiçikdir, lakin hesab edirəm ki, burada artım potensialı var və biz bunu bu gün müzakirə edəcəyik. Əlbəttə, enerji sektorunda əməkdaşlığımız haqqında da danışacağıq".
İ.Əliyevin sözlərinə görə, bir ildən artıqdır ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib:
"Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni, biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür. Bu, əməkdaşlığımızın ən yaxşı sahələrindəndir ki, burada böyük artım potensialı var".
Prezidentin sözlərinə görə, hər iki ölkənin nümayəndələri enerji əməkdaşlığı ilə bağlı daha geniş portfelə malik olmaq istiqamətində görüşlər keçirirlər. Bura təbii qaz, tranzit, təchizat, elektrik enerjisi daxildir və bu, həqiqətən də ikitərəfli gündəliyin əhəmiyyətli hissəsini təşkil edə bilər.
"Əminəm ki, hazırda danışıqlar mövzusu olan məsələlər yeni inkişafla nəticələnəcək. Biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu imkanlarını müzakirə edə bilərik. Biz vətəndaşlarımıza turizm sahəsində müxtəlif imkanlar yarada bilərik. Ümumilikdə isə bu görüş tərəfdaşlığımıza daha geniş mənada nəzər salmaq və gələcəkdə yaxşı nəticələr əldə etmək baxımından təkan vermək üçün yaxşı fürsətdir", - deyə Azərbaycanın dövlət başçısı bildirib.
© Official website of President of Azerbaijan Republicİlham Əliyevin Albaniyanın Baş naziri ilə görüşüb
İlham Əliyevin Albaniyanın Baş naziri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 14.04.2022
İlham Əliyevin Albaniyanın Baş naziri ilə görüşüb
Baş nazir Edi Rama isə öz növbəsində deyib ki, uzun illərdən sonra vəziyyətin dözülməz həddə çatması nəticəsində Azərbaycan ərazisinin bir hissəsini uğurla geri qaytardığımız dövrdə burada olmağından çox məmnundur.
"Bildiyiniz kimi, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək. Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq", - o, deyib.
Rama onu da vurğulayıb ki, xoşbəxtlikdən Albaniya Türkiyə kimi dövlətin simasında güclü körpüyə malikdir:
"Qəti şəkildə inanıram ki, Sizin də qeyd etdiyiniz kimi, biz daha çox işlər görə bilərik. Əlbəttə, əməkdaşlığımızın artırılması potensialına malik sahələr var və mən bununla bağlı Sizin fikirlərinizi öyrənmək, habelə perspektivləri müzakirə etmək arzusundayam. Bundan əlavə, heyətlərimiz müzakirələr aparır və görək, istər enerji, istərsə də turizm sahəsində hansı nəticələr əldə olunacaq".
COVID pandemiyasının artıq nisbətən sakitləşdiyini vurğulayan ali qonaq İlham Əliyevi Albaniyaya səfərə dəvət edib.
"Cənab Prezident, gözəl paytaxtınıza ilk qədəmlərimizdən bizə göstərilən bu yüksək qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm", - deyə Albaniyanın baş naziri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0