https://sputnik.az/20220414/lahicda-dag-ucqunu-olub-yol-baglanib---resmi-aciqlama-441087924.html
Lahıcda dağ uçqunu: ETSN səbəbi açıqladı
Lahıcda dağ uçqunu: ETSN səbəbi açıqladı
Sputnik Azərbaycan
Yola tökülmüş qaya parçalarının kənarlaşdırılması istiqamətində aparılan işlər nəticəsində hərəkət müəyyən qədər təmin olunub, lakin iri qaya parçası yolun... 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T18:15+0400
2022-04-14T18:15+0400
2022-04-14T18:14+0400
lahıc
azərbaycan xəbərləri
avtomobil yolları dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440944959_0:0:1280:720_1920x0_80_0_0_4ed504dc43a4af513ac4b35ebd9febcf.jpg
BAKI, 14 aprel — Sputnik. İsmayıllı-Lahıc yolunun 28-ci kilometrliyində sərt yamac üzrə kiçik bir sahədə lokal uçma prosesi baş verib. Bu, sürüşmə deyil, yalnız uçma xarakterli geoloji prosesdir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.O qeyd edib ki, hündürlüyü 80 m olan dik yamacın uçması nəticəsində yolun 6-8 m hissəsi tamamilə bağlanıb. Əhəngdaşı və qumdaşı tərkibli sıxlaşmış asılı geoloji süxurlar dayanıqlılığını itirib və yol boyunca kiçik bir ərazini bağlayıb.“Hazırda ərazidə bərpa-təmir işləri gedir. Hərəkət müəyyən qədər təmin edilib. Amma iri bir qaya parçasının yolun əsas hissəsində qalması çətinlik doğurur", - deyə Xidmət rəisi APA-ya bildirib. Əliyevin sözlərinə görə, hazırda bununla bağlı işlər görülür. Proses son dövrlərin yağışları nəticəsində dik yamac boyu islanmanın artması, süxurların ağırlaşması, eyni zamanda çatlı süxurlarda dayanıqlılığın itməsi nəticəsində baş verib. Xatırladaq ki, İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib. İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Dağ uçqunu yolu böyük ərazidə bağlayıb.***İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib. İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.Bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Dağ uçqunu yolu böyük ərazidə bağlayıb. Yolun qısa vaxtda açılması mümkün deyil. Bunun üçün əraziyə çoxlu ağır texnikanın və işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulur.Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi cəlb edilib. Yolun hərəkət hissəsinə tökülmüş qaya parçalarının kənarlaşdırılması istiqamətində aparılan işlər yaxın dəqiqələrdə başa çatdırılaraq yol boyu hərəkət bərpa olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211221/smayillida-torpaq-ucqunu-olub-olen-var-437430336.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440944959_160:0:1120:720_1920x0_80_0_0_de9431b4fc48838611caf89481b8c319.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
lahıc, avtomobil yolları dövlət agentliyi
lahıc, avtomobil yolları dövlət agentliyi
Lahıcda dağ uçqunu: ETSN səbəbi açıqladı
Yola tökülmüş qaya parçalarının kənarlaşdırılması istiqamətində aparılan işlər nəticəsində hərəkət müəyyən qədər təmin olunub, lakin iri qaya parçası yolun əsas hissəsində qalıb.
BAKI, 14 aprel — Sputnik. İsmayıllı-Lahıc yolunun 28-ci kilometrliyində sərt yamac üzrə kiçik bir sahədə lokal uçma prosesi baş verib. Bu, sürüşmə deyil, yalnız uçma xarakterli geoloji prosesdir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
O qeyd edib ki, hündürlüyü 80 m olan dik yamacın uçması nəticəsində yolun 6-8 m hissəsi tamamilə bağlanıb. Əhəngdaşı və qumdaşı tərkibli sıxlaşmış asılı geoloji süxurlar dayanıqlılığını itirib və yol boyunca kiçik bir ərazini bağlayıb.
“Hazırda ərazidə bərpa-təmir işləri gedir. Hərəkət müəyyən qədər təmin edilib. Amma iri bir qaya parçasının yolun əsas hissəsində qalması çətinlik doğurur", - deyə Xidmət rəisi APA-ya bildirib.
Əliyevin sözlərinə görə, hazırda bununla bağlı işlər görülür. Proses son dövrlərin yağışları nəticəsində dik yamac boyu islanmanın artması, süxurların ağırlaşması, eyni zamanda çatlı süxurlarda dayanıqlılığın itməsi nəticəsində baş verib.
Xatırladaq ki, İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib. İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Dağ uçqunu yolu böyük ərazidə bağlayıb.
İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib. İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.
Bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Dağ uçqunu yolu böyük ərazidə bağlayıb. Yolun qısa vaxtda açılması mümkün deyil. Bunun üçün əraziyə çoxlu ağır texnikanın və işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi cəlb edilib. Yolun hərəkət hissəsinə tökülmüş qaya parçalarının kənarlaşdırılması istiqamətində aparılan işlər yaxın dəqiqələrdə başa çatdırılaraq yol boyu hərəkət bərpa olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.