Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünyada geniş yayılan, Azərbaycan üçün isə yeni janr - "Street art"- VİDEO

© Photo : Courtesy of Elnur ShirinovElnur Şirinov
Elnur Şirinov - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Rəssamlığın bu janrına indi çox böyük təlabatın olduğunu düşünən Elnur Şirinov deyir ki, o, "Street art"-la məşğul olmağa başlayanda, Azərbaycanda çoxu bundan xəbərsiz idi.
BAKI, 14 aprel — Sputnik. Elnur Şirinov "Street art"-la ("Küçə İncəsənəti "- müasir təsviri sənətdə bir cərəyan) məşğul olur. Dünyada çox məşhur olan bu janr ölkəmizdə bir o qədər də inkişaf etməyib. Rəssam Elnur Şirinov yaradıcılığından, bu sahədə olan problemlərdən söz açıb.
Elnur deyir ki, rəssamlıq bacarığı olan hər kəs bu sənətlə məşğul ola bilər. Onun sözlərinə görə, yaradıcı insan üçün fərq etmir, o kətan üzərində işləyir, ya divar üzərində:
"Rəssamlıq təhsili vacibdir. Amma rəssam üçün fərq etmir, divar, şüşə, kətan. Mən dostum Ağa Mehdiyevlə birlikdə iki il əvvəl ilk işimizi ərsəyə gətirdik. Bu şəhidlərlə bağlı idi. Amma özüm artıq 4 ildir ki, küçə incəsənəti ilə məşğulam. Təkcə küçədə etmirəm, qapalı məkanların da divarlarında rəsm əsərləri yaradıram".
© Photo : Courtesy of Elnur ShirinovElnur Şirinov
Elnur Şirinov - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Elnur Şirinov
Müsahibimiz 3D formatında rəqəmsal sənət əsərləri də yaradır. Onun ilk işi Xocalı soyqırımına həsr olunub. Rəssam bunu vətəninə mənəvi borc hesab edir: "Həmin əl işimdə olan insanların hər biri real şəxslərdir. Xocalı soyqırımının qurbanlarını, o dəhşətli günlərin canlı şahidlərinin real fotoları və videoları əsasında hazırlamışam".
Həmsöhbətimiz vurğulayır ki, rəqəmsal sənət əsəri yaratmaq maraqlı olsa da, ənənəvi rəssamlıq ona daha doğmadır: "Rənglərlə işləyəndə duyğularını daha dolğun çatdırır insan. Rəqəmsalda isə daxilindəki hisləri çatdıra bilmirsən. Ona görə də mən həmişə ənənəvi rəssamlığa meyl etmişəm. Amma rəqəmsal dünyada yaşayırıqsa, dövrlə ayaqlaşmağı da unutmamalıyıq".
© Photo : Courtesy of Elnur ShirinovElnur Şirinovun əsəri
Elnur Şirinov - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Elnur Şirinovun əsəri
Müsahibimiz etiraf edir ki, sənəti ilə bağlı çox qısqancdır. Bəzən ona təklif olunan müştərək iş təkliflərini də qəbul etmir. Onun fikrincə, sənətkar işini kiminləsə bölüşürsə, bu onun işi sayılmayacaq. Sənətinə qarşı qısqanclığı olsa da tələbələri var:
"Tələbələrimə hər şeyi öyrədirəm. Amma bu o demək deyil ki, mən onlarla əməkdaşlıq edə bilərəm. Onlara bildiklərimi öyrədirəm ki, onlar bu sənəti daha da inkişaf etdirsinlər, sənət əsərləri yaratsınlar".
Rəssamlar arasında ədavət hissinin olmadığını söyləyən həmsöhbətimiz vurğulayır ki, rəssamın dilini rəssam anlayır: "Mən həmişə müəllimlərimdən tövsiyyələr alıram. Onlar tanınmış olmasalar da bilik və bacarıqları heç də məşhur rəssamlardan az deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0