Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dövlət qulluğuna hazırlaşanların nəzərinə - DƏYİŞİKLİK VAR

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
İmtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.
BAKI, 14 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşan namizədlərə müraciət edib.
Dövlət İmtahan Mərkəzi tərəfindən fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.
Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sistemində baş verən dəyişikliklər nəzərə alınaraq dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin də imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankı mütəmadi olaraq yenilənir və banka yeni model tapşırıqlar daxil edilir.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq müsabiqənin 2022-ci ilin may ayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramında müəyyən dəyişikliklər (bu dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşaiyət olunur) həyata keçirilib.
Namizədlər yeni proqram ilə buradan - https://exidmet.dim.gov.az/dqq/docs/program/Qanunvericilik.pdf tanış ola bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0