Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu il Azərbaycanda məhsul bol olacaq

© AFP 2024 / FRANCOIS LO PRESTIFermer
Fermer - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi hazırki əkin-biçin işlərindən, gübrənin qiymətindən, fermerlərə dəstəkdən danışıb.
BAKI, 14 aprel — Sputnik. Hazırda Azərbaycanda tarla işlərinin qızğın vaxtıdır. Payızlıq taxıl əkinlərinə qulluq, suvarma işləri davam edir, sahələrə karbamid gübrəsi verilir.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov əkin-biçin işlərindən danışarkən deyib.
© Photo : courtesy of Imran CumshudovKənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov
602 min hektar sahədə buğda əkilib
İ.Cümşüdov Sputnik Azərbaycan-a özəl açıqlamasında payızda 1 milyon 15 min 685 hektar sahədə dənli taxıl bitkilərinin əkildiyini söyləyib. Onun sözlərinə görə, bunun 602 min hektarı buğda, 413 min hektarı isə arpadır. Taxıldan keyfiyyətli məhsul almaq üçün alaq otlarına qarşı mübarizə danılmazdır. Aqrotexniki qulluq işləri ilə bağlı mütəmadi olaraq rayonlarla əlaqə saxlayır, müşavirələr, görüşlər keçirir, maarifləndirmə işləri aparırıq. Son yağan yağışlar torpaqda rütubəti artırıb, çaylarda suyun səviyyəsini qaldırıb, bu da kənd təsərrüfatının bütün sahələrinə müsbət təsir göstərib.
Yüksək məhsul götürüləcək
O bildirib ki, hazırda yazlıq bitkilərin əkini aparılır. Təxminən 20 min hektardan çox sahədə pambıq səpini, 4 min 500 hektardan çox sahədə şəkər çuğunduru əkini aparılıb. Digər yazlıq bitkilərin əkini üçün hazırlıq görülür. Bu təsərrüfat ilində aqrotexniki qaydaların vaxtında, düzgün yerinə yetirilməsi hesabına yüksək məhsulun əldə edilməsinə nail olacağıq.
Dövlət fermerin yanındadır
Nazirlik rəsmisi fermerlərə dəstəkdən söz açıb. Qeyd edilib ki, Azərbaycanda fermerlərə çoxşaxəli dəstək tədbirləri həyata keçirilir. Əkin, məhsul subsidiyasının verilməsini, texnikaların güzəştli şərtlərlə alınmasını, suvarma dəstlərinə, ilkin toxumçuluğa tətbiq olunan güzəştləri və s. buna misal göstərmək olar. Dövlət istehsal prosesinin bütün mərhələlərində fermerin yanındadır və ona dəstək verir.
Yerli karbamid gübrəsinin bir kisəsi 20 manata satılır
İ.Cümşüdov son vaxtlar dünyada gübrələrin bahalaşmasına da toxunub: "Əvvəllər biz mineral gübrələri Rusiyadan, Ukraynadan və digər ölkələrdən idxal edirdik. Lakin hazırda ölkəmizdə karbamid gübrəsi istehsal edilir və bu sahədə çətinlik yoxdur. Karbamid ən yüksək azot tərkibli gübrədir. Onun tərkibində 46 faiz azot elementi var. Dünya bazarlarında gübrənin qiyməti qalxıb. Belə ki, bir kisə ammonium nitrat gübrəsinin qiyməti 60-75 manata satılır. Amma bizim yerli karbamid gübrəsinin bir kisəsi 20-21 manata fermerlərimizə satılır. Karbamid yerli tələbatı ödəyir və ixrac potensialı da var".
Qeyd edək ki, təxminən 40 gün sonra Azərbaycanda taxıl biçininə start veriləcək.
Artıq 768 min 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151 milyon 700 min manatdan çoxdur.
Ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təsərrüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0