https://sputnik.az/20220414/azerbaycanda-din-xadimi-olmaq-ucun-nelere-qatlanmali-komite-sedrinin-muavini-aciqladi-441115381.html
Azərbaycanda din xadimi olmaq üçün nələrə qatlanmalı? Komitə sədrinin müavini açıqladı
Azərbaycanda din xadimi olmaq üçün nələrə qatlanmalı? Komitə sədrinin müavini açıqladı
Sputnik Azərbaycan
Gündüz İsmayılov deyib ki, din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq, həmçinin qadınlar da dini ayin icra edə biləcəklər. 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T19:30+0400
2022-04-14T19:30+0400
2022-04-14T19:30+0400
din
cəmiyyət
dini qurumlarla iş üzrə dövlət komitəsi
din xadimləri
https://cdnn1.img.sputnik.az/img/42369/17/423691785_0:159:3079:1890_1920x0_80_0_0_446d67b152bfa493a3b79404ae78905f.jpg
BAKI, 14 aprel — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib.Komitənin sədr müavini Gündüz İsmayılov "Report"müsahibəsində bildirib ki, söhbət məscid və ziyarətgahlarda fəaliyyət göstərən din xadimlərindən gedirsə, bəli, onların arasında müəyyən sayda dini təhsili olmayanlar var.Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, sovetlər zamanı Azərbaycanda dini təhsil ocağı olmayıb, insanlar dini çox vaxt fərdi qaydada öyrəniblər: "Ancaq indi reallıqlar dəyişib. Əgər biz desək ki, təhsilli din xadimlərimizin sayı azdır, bu, doğru olmaz. Hesab edirik ki, qanunun tələbinə uyğun olaraq dini təhsili olmayanlar dini təhsilli şəxslərlə əvəz edilməlidir. Təbii ki, bu bir həftəyə və ya bir aya həll ediləcək məsələ deyil. Amma ilk növbədə mümkün olduğu qədər qısa vaxtda bu məsələni həll etməyə çalışacağıq. Prinsip budur ki, təhsili olmayan şəxs müəllim, həkim, mühəndis işləyə bilmədiyi kimi, dini təhsili olmayan şəxs də din xadimi olaraq peşəkar dini fəaliyyətlə məşğul ola bilməz və bu, qanunun tələbidir".Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaqGündüz İsmayılov qeyd edib ki, din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq və onları həmin komissiya attestasiya edəcək:"İstər din xadimi olmaq istəyənlərin, istərsə də attestasiyada iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq. Bunun üçün imtahan-müsahibə və attestasiya proqramları əvvəlcədən hazırlanacaq və rəsmi qaydada təsdiqlənəcək".Sədr müavini Attestasiya Komissiyasında kimlərin təmsil olunacağı məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, qanuna əsasən, Attestasiyanı Dövlət Komitəsi keçirir, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri və mütəxəssislər bu prosesdə iştirak edirlər: "Əslində din xadimlərinin attestasiyası yeni məsələ deyil. İndiyədək bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirib və bu sahədə onların təcrübəsi var, biz də bu təcrübədən istifadə edəcəyik".Din xadimi olmaq istəyənlər imtahan verəcəkSədr müavininin sözlərinə görə, hazırda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması prosedurunu tənzimləyəcək qaydalar üzərində iş gedir.Həmin qaydalarda din xadimi olmaq üçün imtahan verilməsi nəzərdə tutulur: "İmtahanın isə müsahibə formasında keçirilməsi planlaşdırılır. Yalnız imtahandan uğurla keçmiş namizədlər din xadimi təyin oluna bilər. Həmçinin nəzədə tutulur ki, sənəd qəbulu elektron qaydada həyata keçirilsin və şəffaflığı təmin etmək üçün imtahanda video çəkiliş aparılsın. Bir sözlə, bu istiqamətdə normativ-hüquqi sənəd üzərində iş hələ davam edir".Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklərGündüz İsmayılov onu da bildirib ki, Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər. Din xadimlərinin təsnifatında imam, imam müavini, eləcə də dini ayin və mərasimləri icra edəcək "dini ayinlərin icraçısı" vəzifələri nəzərdə tutulur:"Habelə "qadın dini ayinlərin icraçısı" vəzifəsi də olacaq. Nəzərdə tutulur ki, qadın dini ayinlərin icraçısı məhz qadınlar üçün dini ayin və mərasimləri icra etsin və onların təyinatı ibadət evlərinə verilsin".Sədr müavini qeyd edib ki, ən əsası həmin qadınlar da dini təhsilli olsunlar:"Söhbət qadınların imam və ya imam müavini təyin edilməsindən yox, yalnız qadınlardan ibarət dini ayin və mərasimlərin qadın dini ayinlərin icraçısı tərəfindən idarə olunmasından gedir. Əslində, Azərbaycanda bu təcrübə var. Məsələn, bəzi məscidlərdə dini ayinlərin icraçısı-mütəvəlli kimi çalışan qadınlar fəaliyyət göstərir. Bu təcrübəni bir qədər genişləndirmək və təkmilləşdirmək mümkündür".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42369/17/423691785_173:0:2904:2048_1920x0_80_0_0_22fda77a3291e3214885633d218c8bab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, dini qurumlarla iş üzrə dövlət komitəsi, din xadimləri
din, dini qurumlarla iş üzrə dövlət komitəsi, din xadimləri
Azərbaycanda din xadimi olmaq üçün nələrə qatlanmalı? Komitə sədrinin müavini açıqladı
Gündüz İsmayılov deyib ki, din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq, həmçinin qadınlar da dini ayin icra edə biləcəklər.
BAKI, 14 aprel — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib.
Komitənin sədr müavini Gündüz İsmayılov "Report"müsahibəsində bildirib ki, söhbət məscid və ziyarətgahlarda fəaliyyət göstərən din xadimlərindən gedirsə, bəli, onların arasında müəyyən sayda dini təhsili olmayanlar var.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, sovetlər zamanı Azərbaycanda dini təhsil ocağı olmayıb, insanlar dini çox vaxt fərdi qaydada öyrəniblər:
"Ancaq indi reallıqlar dəyişib. Əgər biz desək ki, təhsilli din xadimlərimizin sayı azdır, bu, doğru olmaz. Hesab edirik ki, qanunun tələbinə uyğun olaraq dini təhsili olmayanlar dini təhsilli şəxslərlə əvəz edilməlidir. Təbii ki, bu bir həftəyə və ya bir aya həll ediləcək məsələ deyil. Amma ilk növbədə mümkün olduğu qədər qısa vaxtda bu məsələni həll etməyə çalışacağıq. Prinsip budur ki, təhsili olmayan şəxs müəllim, həkim, mühəndis işləyə bilmədiyi kimi, dini təhsili olmayan şəxs də din xadimi olaraq peşəkar dini fəaliyyətlə məşğul ola bilməz və bu, qanunun tələbidir".
Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq
Gündüz İsmayılov qeyd edib ki, din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq və onları həmin komissiya attestasiya edəcək:
"İstər din xadimi olmaq istəyənlərin, istərsə də attestasiyada iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq. Bunun üçün imtahan-müsahibə və attestasiya proqramları əvvəlcədən hazırlanacaq və rəsmi qaydada təsdiqlənəcək".
Sədr müavini Attestasiya Komissiyasında kimlərin təmsil olunacağı məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, qanuna əsasən, Attestasiyanı Dövlət Komitəsi keçirir, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri və mütəxəssislər bu prosesdə iştirak edirlər: "Əslində din xadimlərinin attestasiyası yeni məsələ deyil. İndiyədək bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirib və bu sahədə onların təcrübəsi var, biz də bu təcrübədən istifadə edəcəyik".
Din xadimi olmaq istəyənlər imtahan verəcək
Sədr müavininin sözlərinə görə, hazırda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması prosedurunu tənzimləyəcək qaydalar üzərində iş gedir.
Həmin qaydalarda din xadimi olmaq üçün imtahan verilməsi nəzərdə tutulur:
"İmtahanın isə müsahibə formasında keçirilməsi planlaşdırılır. Yalnız imtahandan uğurla keçmiş namizədlər din xadimi təyin oluna bilər. Həmçinin nəzədə tutulur ki, sənəd qəbulu elektron qaydada həyata keçirilsin və şəffaflığı təmin etmək üçün imtahanda video çəkiliş aparılsın. Bir sözlə, bu istiqamətdə normativ-hüquqi sənəd üzərində iş hələ davam edir".
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Gündüz İsmayılov onu da bildirib ki, Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər. Din xadimlərinin təsnifatında imam, imam müavini, eləcə də dini ayin və mərasimləri icra edəcək "dini ayinlərin icraçısı" vəzifələri nəzərdə tutulur:
"Habelə "qadın dini ayinlərin icraçısı" vəzifəsi də olacaq. Nəzərdə tutulur ki, qadın dini ayinlərin icraçısı məhz qadınlar üçün dini ayin və mərasimləri icra etsin və onların təyinatı ibadət evlərinə verilsin".
Sədr müavini qeyd edib ki, ən əsası həmin qadınlar da dini təhsilli olsunlar:
"Söhbət qadınların imam və ya imam müavini təyin edilməsindən yox, yalnız qadınlardan ibarət dini ayin və mərasimlərin qadın dini ayinlərin icraçısı tərəfindən idarə olunmasından gedir. Əslində, Azərbaycanda bu təcrübə var. Məsələn, bəzi məscidlərdə dini ayinlərin icraçısı-mütəvəlli kimi çalışan qadınlar fəaliyyət göstərir. Bu təcrübəni bir qədər genişləndirmək və təkmilləşdirmək mümkündür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!