Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan fındıq ixracına görə dünyanın top 3 ölkəsi sırasına daxildir

© Sputnik / Tomas Thaytsuk / Mediabanka keçidПродажа фундука
Продажа фундука - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Azərbaycan fındıq ixracına görə dünyada ön yerlərdən birindədir.
BAKI, 14 aprel — Sputnik. Azərbaycan fındıq məhsulunun ixracına görə dünyanın top 3 ölkə sırasındadır.
"APA-Economics" xəbər verir ki bunu, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Surxay Novruzov Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Agrarco MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsinin imzalanma mərasimində çıxış edərkən deyib.
S.Novruzov bildirib ki, ötən il 840 hektarlıq ərazi əkilib: "Bar verən bağlardan 67 min tondan çox məhsul yığılıb və çox böyük hissəsi ixrac olunur".
Qeyd edək ki, 2022-ci ilin fevralında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, pambıq lifi, pambıq yağı, pambıq çiyidi, nar şirəsi, alma, şərab, toyuq əti, toyuq yumurtası, şəkər, fındıq və s. mallarla bağlı olub.
Xatırladaq ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qabığı təmizlənmiş meşə fındığı (28,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Продажа фундука - Sputnik Azərbaycan, 1920, 06.03.2021
İQTİSADİYYAT
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0