https://sputnik.az/20220413/ukraynadaki-telebelerimiz-azerbaycan-universitetlerine-kocurule-biler-441061307.html
Ukraynadakı tələbələrimiz Azərbaycan universitetlərinə köçürülə bilər?
Ukraynadakı tələbələrimiz Azərbaycan universitetlərinə köçürülə bilər?
Sputnik Azərbaycan
Köçürülmə məsələsinə təhsil naziri aydınlıq gətirib. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında. 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T17:15+0400
2022-04-13T17:15+0400
2022-04-13T17:52+0400
azərbaycan
təhsil
ukrayna
tələbə
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082859_0:0:3076:1731_1920x0_80_0_0_f075bca1c68838c5940f8df63f52c2c6.jpg
BAKI, 13 aprel — Sputnik. Ukraynanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr müvafiq qaydalar əsasında təhsilini Azərbaycan universitetlərinə köçürə bilər.Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.Tələbələrin köçürülməsi qaydalarla tənzimlənirO bildirib ki, burada hər hansısa bir səbəbə görə heç bir güzəştdən söhbət gedə bilməz. Tələbələrin köçürülməsi qaydalarla tənzimlənir. Həmin qaydalara uyğun olaraq, yay ayları ərzində tələbələr müraciət edə bilərlər. Hər hansısa xüsusi güzəşt nəzərdə tutulmayıb. Ölkə daxilindən və xaricdən tələbələrin köçürülməsinə münasibətimiz budur ki, proses bu və ya digər bəhanə altında universitetlərə qəbulla nəticələnməməlidir. Ali təhsilə qəbulun ədalətli aparılması önəmli şərtdir. Ədalətlilik mənə görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılan imtahanlar əsasında qəbul və ya xarici ölkələrdə təhsil alarkən ora qəbul zamanı təhsil müəssisəsinin reytinqi, tələbənin nailiyyətləri əsasında olmalıdır.Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi müzakirə olunmurNazir qeyd edib ki, başqa meyarlar əsasında qəbulu ədalətli hesab etmir: "Məsələn, kimsə səhhəti ilə əlaqədar ali təhsil müəssisəsinə qəbul olmamalıdır. Çünki ali təhsilə qəbulun əsası hazırlığa söykənir. Təbii ki, müvafiq qaydada ayrı-ayrı vaxtlarda baxıla bilər.Amma hansısa bir şəkildə tələbə Ukraynada təhsil alıbsa, onların Azərbaycan universitetlərinə qeyd-şərtsiz qəbulu və köçürülməsi müzakirə mövzusu deyil. Hazırda ənənəvi qaydada bu tələbələrin müraciət etmək hüququ var. Biz meyar olaraq həmin şəxslərin DİM ballarına, hansı universitetlərdə oxuduqlarına, ora necə qəbul olduqlarına və təhsil aldıqları müddətdə nə əldə etdiklərinə baxacağıq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082859_184:0:2913:2047_1920x0_80_0_0_0e619ab2e152a19468d0b10873291c29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, ukrayna, tələbə
azərbaycan, ukrayna, tələbə
Ukraynadakı tələbələrimiz Azərbaycan universitetlərinə köçürülə bilər?
17:15 13.04.2022 (Yenilənib: 17:52 13.04.2022) Köçürülmə məsələsinə təhsil naziri aydınlıq gətirib. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
BAKI, 13 aprel — Sputnik. Ukraynanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr müvafiq qaydalar əsasında təhsilini Azərbaycan universitetlərinə köçürə bilər.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
Tələbələrin köçürülməsi qaydalarla tənzimlənir
O bildirib ki, burada hər hansısa bir səbəbə görə heç bir güzəştdən söhbət gedə bilməz. Tələbələrin köçürülməsi qaydalarla tənzimlənir. Həmin qaydalara uyğun olaraq, yay ayları ərzində tələbələr müraciət edə bilərlər. Hər hansısa xüsusi güzəşt nəzərdə tutulmayıb.
Ölkə daxilindən və xaricdən tələbələrin köçürülməsinə münasibətimiz budur ki, proses bu və ya digər bəhanə altında universitetlərə qəbulla nəticələnməməlidir. Ali təhsilə qəbulun ədalətli aparılması önəmli şərtdir. Ədalətlilik mənə görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılan imtahanlar əsasında qəbul və ya xarici ölkələrdə təhsil alarkən ora qəbul zamanı təhsil müəssisəsinin reytinqi, tələbənin nailiyyətləri əsasında olmalıdır.
Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi müzakirə olunmur
Nazir qeyd edib ki, başqa meyarlar əsasında qəbulu ədalətli hesab etmir: "Məsələn, kimsə səhhəti ilə əlaqədar ali təhsil müəssisəsinə qəbul olmamalıdır. Çünki ali təhsilə qəbulun əsası hazırlığa söykənir. Təbii ki, müvafiq qaydada ayrı-ayrı vaxtlarda baxıla bilər.
Amma hansısa bir şəkildə tələbə Ukraynada təhsil alıbsa, onların Azərbaycan universitetlərinə qeyd-şərtsiz qəbulu və köçürülməsi müzakirə mövzusu deyil. Hazırda ənənəvi qaydada bu tələbələrin müraciət etmək hüququ var. Biz meyar olaraq həmin şəxslərin DİM ballarına, hansı universitetlərdə oxuduqlarına, ora necə qəbul olduqlarına və təhsil aldıqları müddətdə nə əldə etdiklərinə baxacağıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.