Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna hərbçilərinin mənəvi ruhları sarsılıb - İqor Korotçenko

© Sputnik / Валерий Мельников / Mediabanka keçidДобровольно сдавшиеся в плен военнослужащие украинской армии в Луганске.
Добровольно сдавшиеся в плен военнослужащие украинской армии в Луганске. - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Mühasirəyə alınmış Ukrayna hərbçiləri sonrakı müqavimətin mənasız olduğunu anlayıb canlarını xilas etməyə çalışaraq, kütləvi şəkildə təslim olmağa başlayıblar.
BAKI, 13 aprel — Sputnik. Ukrayna dənizçilərinin fəal şəkildə təslim olması onu göstərir ki, onların bundan sonrakı müqaviməti mənasızdır, mənəvi ruhları isə sarsılıb. Bu, digər döyüş yerlərində olan ukraynalı hərbçilər üçün də nümunə ola bilər. Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov 36-cı dəniz piyada briqadasının 1026 ukraynalı hərbçisinin Mariupolda təslim olduğunu bildirib.
“Bu onu göstərir ki, mühasirəyə alınmış Ukrayna hərbçiləri sonrakı müqavimətin mənasız olduğunu anlayıb canlarını xilas etməyə çalışaraq, kütləvi şəkildə təslim olmağa başlayıblar”, - deyə Korotçenko qeyd edib.
“Bu, yəqin ki, mövcud vəziyyətdə yeganə doğru yanaşmadır, çünki mənəvi ruh sarsılıb, bundan sonrakı müqavimətin praktiki olaraq əhəmiyyəti yoxdur, ona görə də təslim olmaq bu kateqoriyadan olan ukraynalı hərbçilər üçün yeganə düzgün qərardır”, - deyə o, əlavə edib.
Ekspert təslim olmuş minlərlə dənizçilərin nümunəsinin bu gün döyüş yerlərində olan və daha müqavimət göstərə bilməyən digər Ukrayna hərbçilərinə də təsir edəcəyinə ümid edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Рамзан Кадыров - Sputnik Azərbaycan, 1920, 13.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
RF MN Kadırovun ukraynalıların Mariupolda təslim olduğu barədə dediklərini təsdiqlədi
Xəbər lenti
0