https://sputnik.az/20220413/kadirov-ukraynalilarin-mariupolda-teslim-oldugunu-beyan-edib-441054874.html
RF MN Kadırovun ukraynalıların Mariupolda təslim olduğu barədə dediklərini təsdiqlədi
RF MN Kadırovun ukraynalıların Mariupolda təslim olduğu barədə dediklərini təsdiqlədi
Sputnik Azərbaycan
Çeçenistan başçısı Ramzan Kadırov “Telegram” kanalında məlumat paylaşıb ki, mindən çox ukraynalı dəniz piyadası bu gün Mariupolda təslim olub 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T10:50+0400
2022-04-13T10:50+0400
2022-04-13T11:21+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ramzan kadırov
ukrayna
mariupol
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439611369_0:161:3071:1888_1920x0_80_0_0_f8d30ef4a63f27a50f457776e4c1d27c.jpg
BAKI, 13 aprel — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin mindən çox dəniz piyadası bu gün Mariupolda təslim olub. Onların arasında yüzlərlə yaralının olduğu bildirilir. Məlumatı Çeçenistan başçısı Ramzan Kadırov verib.Onun sözlərinə görə, hazırda "Azovstal"da hələ də tibbi yardım ala bilməyən iki yüzə yaxın yaralı var."Mənasız qarşıdurmaya son qoyaraq ailələrinin yanına qayıtmaq həm onlar, həm də hər kəs üçün daha yaxşı olacaq". Bu barədə o, özünün “Telegram” kanalında məlumat paylaşıb.Rusiya Müdafiə Nazirliyi Mariupolda 162 zabit olmaqla, 1026 ukraynalı hərbçinin təslim olduğunu təsdiqləyib.Bildirilir ki, təslim olanların hamısı 36-cı dəniz piyadaları briqadasının hərbçiləridir.Məlumata görə, 151 yaralıya tibbi xidmət göstərilib, daha sonra isə onlar xəstəxanaya çatdırılıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439611369_170:0:2901:2048_1920x0_80_0_0_7f8f45102c02f0a4d06d17ecf4e5176e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ramzan kadırov, ukrayna, mariupol, rusiya
ramzan kadırov, ukrayna, mariupol, rusiya
RF MN Kadırovun ukraynalıların Mariupolda təslim olduğu barədə dediklərini təsdiqlədi
10:50 13.04.2022 (Yenilənib: 11:21 13.04.2022) Çeçenistan başçısı Ramzan Kadırov “Telegram” kanalında məlumat paylaşıb ki, mindən çox ukraynalı dəniz piyadası bu gün Mariupolda təslim olub
BAKI, 13 aprel — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin mindən çox dəniz piyadası bu gün Mariupolda təslim olub. Onların arasında yüzlərlə yaralının olduğu bildirilir. Məlumatı Çeçenistan başçısı Ramzan Kadırov verib.
Onun sözlərinə görə, hazırda "Azovstal"da hələ də tibbi yardım ala bilməyən iki yüzə yaxın yaralı var.
"Mənasız qarşıdurmaya son qoyaraq ailələrinin yanına qayıtmaq həm onlar, həm də hər kəs üçün daha yaxşı olacaq". Bu barədə o, özünün “Telegram” kanalında məlumat paylaşıb.
Rusiya Müdafiə Nazirliyi Mariupolda 162 zabit olmaqla, 1026 ukraynalı hərbçinin təslim olduğunu təsdiqləyib.
Bildirilir ki, təslim olanların hamısı 36-cı dəniz piyadaları briqadasının hərbçiləridir.
Məlumata görə, 151 yaralıya tibbi xidmət göstərilib, daha sonra isə onlar xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.